• şənbə, 20 Aprel, 19:02
  • Baku Bakı 24°C

Rusiya 280 yük maşınını Ukraynaya göndərir

12.08.14 14:53 1006
Rusiya 280 yük maşınını Ukraynaya göndərir
APA-nın “Associated Press”ə istinadən verdiyi xəbərə görə, bu gün səhər saatlarında Rusiyaya məxsus humanitar yardım daşıyan 280 yük maşınından ibarət karvan Moskva ətrafından yola çıxıb.
Lakin bu yardımın çatdırılmasında əlaqələndirici olan beynəlxalq Qırmızı Xaç Komitəsi bu yükün nədən ibarət olması və hara getməsi ilə bağlı onlarda heç bir informasiyanın olmadığını bildirib. Bunu komitənin Ukraynadakı sözçüsü Andre Loersç deyib.
Rusiya telekanalları isə 2000 tondan ibarət olan yardımın uşaq ərzağından yataq dəstlərinə qədər müxtəlif ləvazimatlardan ibarət olduğunu xəbər verir. Rusiya tərəfi yardımın Ukrayna ilə razılaşdırıldığını da açıqlayıb. Karvanın Xarkov vilayəti istiqamətindən Ukrayna sərhədini keçəcəyi bildirilir.
banner

Oxşar Xəbərlər