• çərşənbə axşamı, 19 mart, 10:30
  • Baku Bakı 8°C

“Rusiya 2018”: İngiltərə-Panama matçı start götürüb

24.06.18 16:37 853
“Rusiya 2018”: İngiltərə-Panama matçı start götürüb
Bu gün "Rusiya 2018”in onbirinci gününə "G” qrupunda yer alan İngiltərə və Panama milliləri arasındakı qarşılaşma ilə start verilib.
AZƏRTACxəbər verir ki, "Nijniy Novqorod Arena”da oynanılan görüşdə ingilislərin start heyətində meydana Cordan Pikford, Kayl Uoker, Con Stounz, Hari Maqayer, Kiran Trepyer, Eşli Yanq, Cordan Henderson, Cesi Linqard, Ruben Loftus-Cik, Rəhim Sterlinq, Hari Keyn çıxıblar. Komandanın baş məşqçisi Qaret Sautqeytdi.
Panama yığmasının məşqçisi Ernan Qomes ilk "11-lik”də Xayme Penedo, Fidel Eskobar, Roman Tores, Erik Devis, Mikayel Murilyo, Xose Luis Rodriqes, Anubal Qodoy, Qabriyel Qomes, Armando Kuper, Edqar Barsenas və Blas Peresə şans verib.
Görüşü misirli Qrişa Gehad idarə edir. Qarşılaşma İdman Azərbaycan və İctimai Televiziyada canlı yayımlanır.
İngiltərə millisi mundialın ilk turunda Tunus millisini 2:1 hesabı ilə məğlub edib. Panama yığması isə Belçika komandasına 3:0 hesabı ilə uduzub. "G” qrupunun ikinci turuna iyunun 23-də start verilib. Belçika millisi Tunis yığmasından üstün olub (5:2).
Qeyd edək ki, indiyədək 14 dəfə mundialda iştirak edən "dumanlı albion” təmsilçisi 1966-cı ildə ev sahibliyi etdiyi səkkizinci dünya çempionatının finalında Almaniya yığmasına 4:2 hesabı ilə qalib gələrək çempion olub. Xatırladaq ki, həmin görüşdə hesab 2:2 olarkən azərbaycanlı yan xətt hakimi Tofiq Bəhramovun rəyi əsasında baş hakim ingilislərin hücumçusu Herstin qolunun qeydə alınması barədə qərar qəbul edib. Bu qoldan sonra bir dəfə də fərqlənən İngiltərə yığması tarixində ilk və yeganə çempionluğuna nail olub.
İngiltərə yığması mundialda yeganə komandadır ki, heyətindəki futbolçuların hamısı ölkə çempionatında – Premyer Liqada çıxış edir.
Panama yığması isə tarixində ilk dəfə mundialda mübarizə aparır.
Xatırladaq ki, günün ikinci görüşü "Yekaterinburq Arena”da keçiriləcək. Yaponiya və Seneqal yığmaları üz-üzə gələcəklər. Günün son qarşılaşması saat 22:00-da "Kazan Arena”da Polşa və Seneqal milliləri arasında keçiriləcək. İdman həvəskarları hər iki qarşılaşmanı İctimai Televiziya və İdman Azərbaycan kanallarında izləyə biləcəklər.
banner

Oxşar Xəbərlər