• cümə axşamı, 28 mart, 22:13
  • Baku Bakı 13°C

RUS ƏDƏBİYYATI KLASSİKLƏRİNİN AKADEMİK NƏŞRLƏRİNİN PROBLEMLƏRİ - III YAZI

28.03.16 10:38 1586
RUS ƏDƏBİYYATI KLASSİKLƏRİNİN AKADEMİK NƏŞRLƏRİNİN PROBLEMLƏRİ - III YAZI
“Gümüş dövr” ədəbiyyatının oxucu kütlələri arasındakı nüfuzunu hansı dəyişikliklərin gözlədiyini və ya dəyişikliyin artıq baş verdiyini təxmin etməyə çalışmadan, belə bir fakt ortaya qoyaq ki, bu yazıçılar başqa dövrlərə və rus ədəbiyyatının başqa cərəyanlarına marağın olmaması, total şəkildə unudulması, müstəsna hallarda isə klassiklərin ictimai şüurdan “təmizlənməsi” fonunda “ləkələnməsi” (məsələn, Qleb Uspenski kimi) səbəbindən xüsusi olaraq hiss olunan dərəcədə bu gün də nəşr olunur (və görünür ki, həm də oxunur) öyrənilir, dərsliklərə salınır.
Hər hansı dəbin özünü tükədərək keçmişdə qadağan olunması və bununla labüd və qanunauyğun şəkildə təzahür etməsi mədəniyyətin inkişafı üçün də səmərəlidir. “Gümüş dövr” dəbi ilə həm də səthi, ötəri, təsadüfi - “müasir vulqarlığın panteonu (hansısa bir dinə və ya mifologiyaya mənsub olan tanrılar qrupu - X.N.)” əhatəsində qalan hər şey "dəbdən düşür". Təəssüf ki, bu “Panteon”dakı “sığınacaq”da qorunmaq şərəfinə son 15 ildə çap olunan, "gümüş dövr"ə və simvolist məktəbin yazıçılarının əsərlərinə qarşı kütləvi sevgini göstərməyi bacaran çoxsaylı kitablar layiqdir.
Hazırda simvolist cərəyanın hər bir nəhəng təmsilçisinin onlarla (bəzən daha çox) yeni nəşrlərinin çapı nəzərdə tutulur. Əlbəttə ki, bütün çap məhsullarına cavabdeh olan kitab palatasının dəlilləri bizi əsas etibarı ilə təqdim edəcəyi cılız göstəricilərlə (hətta bu cür göstəricilərin çoxluğu ilə) heyrətləndirə bilərdi. Kəmiyyət xüsusiyyətləri yüksək səviyyəli keyfiyyət tələbi ilə birmənalı olaraq uyğunlaşmır. Mandelştamın formulası ilə razılaşsaq bu cür nəşrlərdə əks olunmuş professional kvalifikasiya dərəcələri daha çox aşkar surətdə nümayiş etdirilən mənasız tərkibli toplulardır. Məsələn, Bryusovun nəsr kitabı, o cümlədən “Qələbə mehrabı” romanı və Roma tarixi haqqındakı bilgilərin məhdudlaşdırılmasından bəhs edən və romanla heç bir ortaq cəhəti olmayan “Reya Silviya” novellası nəşr olundu – yazıçının “Qələbə mehrabı”nın davamı olan “Səcdə olunan Yupiter” romanı isə kitab naşirlərinin diqqətindən kənarda qaldı. Bu cür analoji misalların sayını nə qədər desən artırmaq olar.
Beləliklə, biz oxucuda müəyyən anlayış yaradan, əksər hallarda az və ya çox bacarıqla hazırlanan, yazıçının yaradıcılığını bütünlüklə əhatə etməyən, ayrı-ayrı əsərlərə və ya müəllifin üzərində çalışdığı janrlardan birini əhatə edən kitablara sahib oluruq. Əgər baxış bucağımızı rus simvolizminin klassikləri ilə məhdudlaşdırsaq, müasir nəşrlərdən heç birinin yazıçının yaradıcı irsinin tam həcmini təqdim etmədiyini təsdiq etməliyik. Postsimvolist dövrün məşhur klassiklərindən fərqli olaraq simvolistlərin bu cür münasibətdə belə bəxti gətirməyib. Pasternak, Svetayeva, Mandelştamın əsərlərinin tam külliyyatına az-çox əsaslı iddialar irəli sürmək olar, lakin bu nəşrlər heç nəyə baxmayaraq titul vərəqində öz təyinatını təsdiq edərək mətni kifayət qədər dolğunluğu ilə təsvir edir. Simvolist yazıçıların yaradıcılıq irsini özündə cəmləşdirən nəşrlərə qarşı münasibət o qədər müsbət qiymətləndirilir ki, ancaq bu cərəyanın daha bir neçə əsas fiqurlarının timsalında buna əmin olmaq olar.
ALEKSANDR BLOK. Sovet dövründə ağlasığmaz obrazlı şair hakimiyyət dairələrdə, simvolistlər arasında – “bütün münasibətlərdə arzu olunan”yeganə şəxs olduğu üçün onun əsərlərinin toplusunun bütövlüyünü iddia etməyən (ilk dəfə 1930-cu illərdə, ikinci 1960-cı illərin ikinci yarısında) təcrübələrə əsasən hazırlanmış nəşrləri də olduqca müvəffəqiyyətlə alınmışdır. Beləliklə, nəhayət ki, Aleksandr Blokun əsər və məktublarının 20 cildlik (lakin cəmi 5 cild işıq üzü gördü), akademik janrın bütün normativ tələblərinə cavab verən, geniş əhatəli obrazla zəngin, qaralama və ağlama variantlı, müəllif redaktəsi ilə təqdim olunan, əsərlərə tarixi-ədəbi və real şərhlər yazılan akademik nəşri hazırlanmağa başladı. Bu nəşrdə ikinci cild 220 səhifə, üçüncü 200 səhifə olduğu halda “Digər redaktə və variantlar” bölməsi və rəylər 670-780 səhifədir. Əlbəttə ki, hər şeydən mühümü, ideallaşmış Dostoyevski, Turgenyev, Nekrasov, Qleb Uspenski, Çexov kimi dövrünün nəhəng klassiklərin əsərlərinin tamamlanmış külliyyatı kimi yeni akademik nəşrlər hazırlamaqdır. Yazıçı-simvolistlərin bu cür nəşrlərinin tezliklə dərc olunmasına bəslənən ümidlər az qala utopik nəzəriyyədir, çünki, onların hazırlanması təcrübəsindən məlumdur ki, bu cür əsərlərin tam külliyyatı hətta ən münasib dərəcəli şərtlər altında belə on illər ərzində formalaşır və dərc olunur. Maksim Qorkinin tam külliyyatı 1968-ci ildə nəşr olunsa da (hazırlıq daha əvvəl başlamışdır) bu təşəbbüsün sonluğu hələ də görünmür. 25 cilddə hazırlanan bədii əsərlərin artıq ikinci hissəsi - 24 cilddə (7-si artıq işıq üzü görüb) çapa hazırdır, üçüncü hissənin nəşrinə (Tənqid və publisistika) isə hələ ki, başlanmayıb. Blokun əsərlərindən ibarət akademik nəşrin yekununu isə yaxın illərdə gözləməyə lüzum yoxdu.
“Akademizm”ə uyğunlaşma əlbəttə ki, rəğbətə və hər cür tərifə layiqdir. Lakin diqqətdən kənarda qoymaq olmaz ki, bu cür nəşrlərə hazırlıq zaman tələb edir. İşə çoxlu sayda yüksək hazırlıqlı tədqiqatçıların cəlb olunması, nəhəng maliyyə yatırımı isə toplunun tezliklə gəlir gətirəcəyinə zəmanət vermir. Buna görə də yaxın gələcəkdə bu cür çox sayda müəllifin yaradıcılığının təqdim olunacağına ümid etməyə dəyməz. Bununla da qütblərdən birində -proqnozlaşdırılan lakin həyata keçməyən (hər halda “hazırkı zaman çərçivəsi”ndə) ideal, digərində isə bizim bu gün real bolluğa sahib olduğumuz - “gümüş dövr”ə aid, nadir hallarda rast gəlinən, diqqətlə və məsuliyyətlə hazırlanmış, lakin müəllifin yaradıcı irsinin zəruri bütövlüyünü əks etdirməyən, adətən, sistemsiz tərtib olunan, nəşriyyatın etimad etdiyi şəxslərin məntiqi cəhətdən obyektiv seçim kriteriyalarına ziddiyyətlərlə zəngin “seçilmiş əsərlər”in çoxsaylı toplularından ibarət müxtəlif çeşidli kitablar dayanır. Bu cür vəziyyətdə Vernişevskinin “nə etməli?” kimi qlobal sualına ən konstruktiv cavab istər-istəməz təxirə salınır, əvəzində, nə vaxtsa, hansısa xəyalpərəst praqmatik tərəfindən yaranan “nədən başlayaq?” sualına cavab verməyə cəhd etməli oluruq.
Bu gün yazıçının yaradıcılığını daha dolğun göstərən əsərlərin tam külliyyatının təsis olunması müəlliflərin mətn versiyalarının ətraflı, akademik dolğunluğu və eyni dərəcədə ətraflı, geniş aspektli olması ona yazılan rəylərdən daha optimal görünür. XIX əsr rus yazıçılarının yüksək peşəkarlıqlı nümunələri içərisində daha uğurlusu qismində zənnimcə, Saltıkov-Şedrinin 1960-70-ci illərdə “Bədii ədəbiyyat” nəşriyyatında işıq üzü görmüş 20 cilddə seçilmiş əsərlərini misal göstərə bilərik. A.Blokun müəyyən fəaliyyətləri istisna olmaqla simvolist çevrənin yazıçılarından heç biri (Senzura xarakterli istisnalar və kiçik tirajla dərc olunmuş) məlum düzəlişlə təqdim olunmayıb.
Konstantin Dmitriyeviç Balmont rus simvolizminin korifeyləri sırasında hər kəsdən daha çox diqqətə layiqdir. Onun şeir irsindən ibarət çox sayda nəşrlər tərtib olunmuşdur. Lakin tərtibatçıların demək olar ki, hamısı 1969-cu ildə “Şairin kitabxanası” nəşriyyatında Balmontun şeir kitablarını nəşr edən V.Orlovu təqlid edir. D.Q.Makoqonenko (“Kitab” nəşriyyatı,1 989) tərəfindən peşəkar rəyinin iştirakı olmadan (təsadüfi buraxılış və xətaları ilə - 1909-cu ilə qədər nəşr olunan Balmontun şeir kitabları daxil olmaqla) tərtib edilmiş şairin üç hissəli kitablarından (“Günəş kimi olaq”, “Yanan binalar”, “Ancaq sevgi”) ibarət cildlər istisnadır. Balmontun ədəbi irsinin əsas hissəsini təşkil edən nəşri (hələ inqilaba qədər onun 5 geniş həcmli cilddə tənqidi məqalələri, yol qeydləri, esseləri nəşr olunmuşdu) , hətta yeni “seçilmiş” əsərlər toplusu və müasir oxucu üçün əlçatmaz olan (“Hava yolu” və “Evim hardadır”) mühacirət dövründəki V.Kreyd tərəfindən çap olunan 2 kitab nadir məqalələrindən kənarda qalır. Görünən odur ki, oxucu hələ uzun müddət Balmontla olan təsadüfi tanışlığı qorumalı olacaq.
DMİTRİ MEREJKOVSKİ VƏ ZİNAİDA GİPPİUS. Görünür ki, bu evli cütlüyün əsərlərinin tam elmi nəşri, tədqiqatçılar üçün onların arxivinin əsas hissəsi əlçatan olduqda mümkün olacaq - bu arxivin bazası (mətnşünaslıq baxımından qüsursuz olmayan) artıq İllinoys universitetində və professor Temir Paxmusun bilavasitə əlində cəmlənmişdir.
"Şairin yeni kitabxanası" nəşriyyatında Merejkovskinin K.A.Kumpan tərəfindən mükəmməl şəkildə şeir və poemalar cildi hazırlanmışdır. Yazıçının digər əsərlərinin də bu cür məsuliyyətlə çap olunacağı gözlənilir. Yenidən hazırlanmış nəşrlərin çapı bitməyib, hətta inqilaba qədər dərc edilmiş 15 və 24 cildlik əsərlər toplusu da nəşrə daxil edilib. Merejkovski mühacirət illərində də, demək olar eyni sayda əsər yaradıb. Bunların çox hissəsi ayrı-ayrı nəşrlərlə Rusiyada dərc olunub. Əsərlərin toplusunda müasir üsullardan istifadə edilməyib. Bu münasibətlə bu gün Gippiusun bəxti daha çox gətirib. Lakin necə? "Rusiya yolu" nəşriyyatında külliyyatın tam olduğu elan olunaraq ilk cild nəşr olundu. Birinci cildin tərtibçi və müəllifi T.F.Prokopov olmuşdur. Görünür ki, bu unikal şəxs XX əsr rus yazıçılarının yaradıcılığı üzrə əvəzolunmaz mütəxəssisdir.
Prokopovun altı səhifəlik qeydlərindən - oxucu artıq 1-ci cilddə Gippiusun əsərlərinin ilk dəfə harada dərc olunduğunu bilir (doğrudur, əgər dəlilləri yoxlamalı olsaq görərik ki, "Alma ağacı çiçək açır" hekayəsi "Bizim dövr" jurnalında qeydlərdə göstərildiyi kimi 1883-cü ilin 6-cı nömrəsində deyil, 16, 17, 18-ci saylarında çap olunmuşdur), həmçinin gələcək cildlərdə A.L.Volınskinin "Rusiya xəbərləri"jurnalının redaktoru olduğunu ("Şimal xəbərləri" ilə "Rusiya xəbərləri" fərq o qədər də böyük deyil), Vasilyevski adasının Peterburqun bir çox tarixi-mədəni mərkəzlərinin yerləşdiyi Neva deltasında ən böyük ada olmasını, Rəssamlıq akademiyası, universitet, Kunst kamera, Birja, Rostral kolonnalar, "İlaida"-nın Homerin poeması olması, Bayronun ingilis şairi və romantik cərəyanının üzvü olması kimi faydalı məlumatlarla məlumatlandıracaq.
Neynək, bəlkə də kimsə, həqiqətən də, T.Prokopovun araşdırmaları sayəsində bütün bunlar haqqında məlumatlanacaqdır... Onun köməyi ilə yaranan nəşrləri biz yəqin ki, daha sonralar - Gippiusun təkcə inqilabaqədərki romanlarının nəşrləri və hekayə toplularının cildlərini əldə edəcəyimiz zaman yox, həm də bizə təklif olunan hekayə, oçerklər, məqalələr, almanaxlarda, qəzet və jurnallarda dağınıq halda olan və təsadüfi istisnalarla heç zaman dərc olunmayan əsərlərinin külliyyatı nəşr olunacağı təqdirdə (əsas etibarı ilə A.Barda tərəfindən tərtib olunmuş Gippiusun nəşrlərinin Paris biblioqrafiyasında nəzərə alınmayan) qiymətləndirə bilərik. Necə deyərlər, yaşayarıq, görərik.
FYODUR SOLOQUB. Onun həyatda ikən nəşr olunan kitablarının toplusunun yenidən nəşri Prokopovun daha bir təşəbbüsü idi. Əlçatmaz olan ilkin mənbələr əsasında əsərlərin toplusunun filoloji və professional cəhətdən hazırlığı isə oxucunu qane etmir.
VYAÇESLAV İVANOV. 1971-1987-ci illər ərzində Brüsselin “Tanrı ilə yaşamaq” nəşriyyatında 4 geniş həcmli cilddə işıq üzü görən əsərlərin tam külliyyatı bu gün də natamam olaraq qalıb. Nəşr ancaq mütəxəssislərin dar çevrəsi arasında yayıldı, rus oxucusu “seçilmiş əsərlər” başlıqlı müxtəlif variantlı tərkiblə və müxtəlif dərəcəli hazırlıqlı az saylı toplularla kifayətlənməyə məcburdur.
Bu qısa və səthi icmalda kitab nəşrinin fəaliyyəti ilə bağlı işlər göz önünə gətirilir. Simvolist dövrün klassiklərinin nəşrlərinin problemləri əvvəlki kimi sonsuz saydadır. Əgər biz kitab nəşri mövzusundan yazıçının arxiv fondlarında qorunan materiallarının əlyazma irsinə müraciət etsək, bu yol daha sonsuz görünəcəkdir. Əksər vicdanla və məsuliyyətlə, savadla hazırlanan nəşrlər mifləri və “gümüş dövr” haqqındakı düşüncələri dağıtmağa, XIX-XX əsr və XX əsrin ilk onilliyində rus ədəbiyyatı tarixi haqda biliklərin genişləndirilməsinə səbəb olacaqdır. Az da olsa görülən işlərin fonunda məlum olur ki, hələ görüləsi çox iş var. Və bu da təbiidir. Axı hələ Y.Tınyanov nə vaxtsa qətiyyətlə qeyd edirdi ki, elmi və mədəni biliklərə gedən yol, cəhalətdən idraka doğru deyil, idrakdan cəhalətə doğru ünvanlanıb.
Rus dilindən tərcümə edən: Xatirə Nurgül
banner

Oxşar Xəbərlər