• çərşənbə, 24 Aprel, 13:39
  • Baku Bakı 27°C

Rus diplomatı Panamada bıçaqladılar

12.10.13 08:15 1230
Rus diplomatı Panamada bıçaqladılar
Rusiyanın Panamadakı konsulunun müavini Yevgeni Manilov bıçaqlanıb. APA-nın İTAR-TASS-a istinadən verdiyi məlumata görə, hadisə Rusiya konsulluğunun yerləşdiyi binada baş verib.
Panama polisinin nümayəndəsi Mara Rivera bildirib ki, rusiyalı diplomat dərhal xəstəxanaya çatdırılıb, onu bıçaqlayan şəxs isə saxlanılıb. Həmin şəxsin Ukrayna vətəndaşı olduğu bildirilir.
Əməliyyat olunan Y.Manilovun vəziyyətini həkimlər stabil kimi dəyərləndirir.
banner

Oxşar Xəbərlər