• cümə axşamı, 28 mart, 12:27
  • Baku Bakı 16°C

Rus bölməsi abituriyentləri üçün “Azərbaycan dili” fənni üzrə imtahan keçirilir

11.06.17 11:00 1342
Rus bölməsi abituriyentləri üçün “Azərbaycan dili” fənni üzrə imtahan keçirilir
İyunun 11-də Dövlət İmtahan Mərkəzi (DİM) rus bölməsi abituriyentləri üçün "Azərbaycan dili” fənni üzrə imtahan keçirir.
AZƏRTACxəbər verir ki, bu imtahanda aprelin 9-da keçirilmiş 1-ci imtahandan "qeyri-məqbul” qiymət alan və ya iştirak etməyən, aprelin 1-dən 11-dək elektron ərizəsini təsdiq edən, həmçinin mayın 4-dən 24-dək elektron ərizə təqdim etmiş rus bölməsinin abituriyentləri iştirak edəcəklər.
İmtahan Bakı şəhərində üç, Naxçıvan şəhərində bir binada təşkil olunacaq və saat 11.00-da başlanacaq.
Abituriyentlərə "Azərbaycan dili” fənnindən 30 test tapşırığı təqdim edilir. Hər düzgün cavab bir balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. İmtahanının nəticəsi "məqbul” və ya "qeyri-məqbul”la qiymətləndirilir, "məqbul” alanlar qəbul imtahanlarına buraxılırlar. Abituriyentin "məqbul” alması üçün onun topladığı bal 15-dən az olmamalıdır.
İmtahanda 1809 abituriyentin iştirak edəcəyi nəzərdə tutulur.
İmtahanın idarə olunması üçün 14 imtahan rəhbəri, 136 nəzarətçi-müəllim ayrılıb.
banner

Oxşar Xəbərlər