• cümə, 19 Aprel, 16:14
  • Baku Bakı 25°C

Rummenigge postunu tərk etdi

05.09.17 12:25 863
Rummenigge postunu tərk etdi
"Bavariya”nın idarə heyətinin sədri Karl-Haynts Rummenigge postunu tərk edib.
Kaspi.az xəbər verir ki, Rummenigge Münhen klubundakı vəzifəsindən getməyib. O, Avropa Klublar Assosiasiyasının sədri postunu tərk edib. Rummenigge verdiyi açıqlamada Avropa Klublar Assosiasiyasının UEFA-nın vicdanlı və güclü tərəfdaşı olduğunu bildirib.
Rummenigge 10 il ərzində assosiasiyanın gözləniləndən də çox iş gördüyünü vurğulayıb. Onun xələfi yaxın günlərdə bəlli olacaq.
banner

Oxşar Xəbərlər