• cümə, 29 Mart, 16:49
  • Baku Bakı 14°C

Rummenigge Haynkesin gedəcəyini təsdiqlədi

29.11.17 12:20 2425
Rummenigge Haynkesin gedəcəyini təsdiqlədi
"Bavariya”nın idarə heyətinin sədri Karl-Haynts Rummenigge komandanın baş məşqçisi Yupp Haynkesin mövsümün sonunda komandadan gedəcəyini təsdiqləyib.
Kaspi.az xəbər verir ki, Rummenigge Haynkesin "Bavariya”da qalmaq istəmədiyini bildirib. O, mütəxəssisin qərarına hörmətlə yanaşdıqlarını vurğulayıb:
"Yupp artıq bildirib ki, mövsümün sonunda "Bavariya”dan gedəcək. Onun qərarına hörmət edirik. Belə də olacaq.
Prezidentimiz Höness bu məsələ ətrafında heç vaxt diskussiya aparmayıb. O da, Haynkesin qərarına hörmət bəsləyir”.
Haynkes sentyabrda istefaya göndərilən Karlo Ançelottini əvəz etmişdi.
banner

Oxşar Xəbərlər