• çərşənbə axşamı, 19 mart, 06:59
  • Baku Bakı 8°C

Rusiya və Qətər rüşvət verib?

07.04.20 15:45 658
Rusiya və Qətər rüşvət verib?
ABŞ məhkəməsi FİFA-ya qarşı yeni iddialar irəli sürüb.
Kaspi.az xəbər verir ki, iddialar Nyu-York şəhərinin şərqi rayon məhkəməsi tərəfindən irəli sürülüb. Bu barədə məlumatı ABŞ-ın Ədliyyə Departamentinin rəsmi saytı yayıb.
İddia olunur ki, Rusiya və Qətər DÇ-2018 və DÇ-2022-yə ev sahibliyi etmək üçün FİFA məmurlarını rüşvətlə ələ alıblar. Qeyd olunur ki, FİFA-nın sabiq vitse-prezidenti Cek Uorner Rusiyadan 5 milyon dollar rüşvət alıb.
Qurumun icariyyə komitəsində təmsil olunan Rafael Salqero isə Rusiyanın lehinə səs verdiyi üçün 1 milyon dollar alıb.
Braziliya Futbol Konfederasiyasının sabiq prezidenti Rikardo Teyşeyra isə Qətərin lehinə işlədiyi üçün rüşvət alıb. FİFA-nın sabiq vitse-prezidenti Nikolas Leoza qarşı da eyni ittiham irəli sürülüb.
banner

Oxşar Xəbərlər