Ruhunu şeytana sataraq varlanmaq
Özlərini demokratik
qüvvələr kimi cəmiyyətə sırıyanların yaratdığı Milli Şuranın xarici maraqlara
xidmət etməsindən dəfələrlə yazmışıq. 2013-cü ilin prezident seçkiləri öncəsi
Rusiyadakı "Milyarderlər İttifaqının” Koordinasiya Şurasının üzvü Rüstəm
İbrahimbəyov Milli Şuraya sədr seçiləndə "xoruzun quyruğu” görünmüşdü. Dünənə
qədər "ata-ana müxalifət lideri” adına iddia edənlər, partiya sədrliyini öz
dədəsinə belə güzəştə getməyənlər, birdən birə siyasətə heç bir aidiyyəti
olmayan kinorejissoru özlərinə vahid namizəd etmişdilər. Hikkəsi, iddiası
yerə-göyə sığmayan AXCP sədri Əli Kərimlinin, eləcə də Müsavat başqanı İsa
Qəmbərin geri çəkilərək Rüstəm İbrahimbəyovu özlərinə "lider” seçməsi, onun
namizədliyini dəstəkləyərək prezident seçkilərinə getmələri səmimi təsir
bağışlamırdı. Heç kim inanmırdı ki, öz mənfəətləri üçün tükü-tükdən seçməyi
bacaran iki radikal müxalifət lideri ikili vətəndaşlığı olan birisinin namizəd
qismində seçkidə iştirakına sadəlövhcəsinə ümid bəsləyir. Hər kəs bu işdə bir
sirr olduğunu söyləyir, radikalların davranışının arxasında hansısa oyunların
oynandığını ehtimal edirdi. Bir çox hallarda bu oyunların pul müqabilində
oynandığını hamı dilə gətirirdi. Lakin dilindən "Vətən, millət, demokratiya,
şəffaflıq, milli maraqlar” sözləri düşməyən Ə.Kərimli və komandası bütün bu
ittihamları rədd edir, bunu özlərinə qarşı kampaniya kimi qələmə verirdilər.
Guya hökumətin, iqtidarın dərdi elə Ə.Kərimlidir və ona görə də, barəsində belə
rəy formalaşdırılır.
Amma "zaman ən böyük
hakimdir” deyiblər. Yenə də zaman öz hökmünü kəsdi və Ə.Kərimlinin növbəti
yalanını, daha dəqiq desək, oğurluğunu, saxtakarlığını üzə çıxardı. Baş Prokurorluq
və Daxili İşlər Nazirliyi tərəfindən bir neçə gün bundan öncə yayılan məlumatda
bildirildi ki, Ədliyyə Nazirliyində qeydiyyatdan keçməyən Azərbaycan Xalq
Cəbhəsi Partiyası (AXCP) adlı qurumun funksionerlərindən Əli Kərimli, Qənimət
Zahidov, Saleh Rüstəmov, Vidadi Rüstəmli, Aqil Məhərrəmov, Ruslan Nəsirov,
Babək Həsənov və digərlərinin Bakı şəhər sakinləri Ceyhun Hüseynov, Rauf
İsgəndərov, Heydər Əhmədov, Tural Mehdixanov və qeyrilərinin üzv olduqları
qurumun respublikamızda və xaricdə dövlətimizə, dövlətçiliyimizə və milli maraqlarımıza
zidd olaraq keçirilən tədbirlərinin maliyyələşdirilməsi üçün qanunsuz
sahibkarlıq fəaliyyəti nəticəsində əldə edilmiş külli miqdarda çirkli pul
vəsaitlərinin leqallaşdırılması əməllərini törətmələrinə dair kifayət qədər
sübutlar toplanıb. Belə ki, AXC hakimiyyəti dövründə Gədəbəy Rayon İcra
Hakimiyyətinin Başçısı olan, hazırda isə Rusiya Federasiyasında yaşayan Saleh
Rüstəmov AXCP-nin fəaliyyətinin maliyyələşdirilməsi üçün Rusiyada təbliğat
aparıb. S.Rüstəmovdaha sonra biznes strukturlarında çalışan və əvvəllər
tanıdığı ayrı-ayrı Azərbaycan vətəndaşlarından hər ay pul toplayaraq Moskva
şəhərində kommersiya bankında açdığı hesaba keçirdiyi 30 min ABŞ dollarını
2016-cı ilin mart ayından etibarən, Bakı şəhərində valyuta əməliyyatlarının
qanunsuz köçürülməsi ilə məşğul olan Ceyhun Hüseynov, Rauf İsgəndərov, Heydər
Əhmədov və Tural Mehdixanov vasitəsilə Vidadi Rüstəmliyə çatdırılmasını təmin
edib. V. Rüstəmlinin həmin vəsaitləri qəbul edib Aqil Məhərrəmov, Ruslan Nəsirov
və Babək Həsənova, onların isəAXCP-nin funksionerlərinə vermələri ilə,
ümumilikdə 412 min ABŞ dollarınıAXCP-nin tədbirlərinin
maliyyələşdirilməsinə, dəstə üzvlərinin iqtisadi maraqlarının təmin olunmasına
və digər maliyyə əməliyyatlarının həyata keçirilməsinə, beləliklə də cinayət
yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərinin leqallaşdırılması
əməllərini törətmələrinə əsaslı şübhələr müəyyənləşib.
Beləliklə də AXCP sədri
Ə.Kərimlinin Rusiyadan müxtəlif kanallar vasitəsilə maliyyələşməsi, bu şəxsin
inhisarında olan Milli Şuranın da işarələri məhz Şimal qonşumuzdan alması tam
çılpaqlığı ilə üzə çıxıb. Məşhur məsəldə deyildiyi kimi, pulu kim verirsə,
sifarişi də o verir. "Yeni Musavat” qəzetinin yazdığına görə, Əli Kərimli bu
faktların üzə çıxmasından böyük narahatlıq keçirib. Bununla yanaşı, AXCP
sədrinin növbəti dəfə öz ətrafına pul "atması” da ifşa olunub. Qəzetin
etibarlı mənbəyə istinadən yaydığı məlumata görə, çevrəsinə pul kələyi gəlməyə
adət etmiş Ə.Kərimli Rusiyadan gələn külli miqdarda vəsaitlə bağlı da ənənəsinə
sadiq qalıb. Məlum olub ki, Rusiyadan hər ay AXCP-yə müntəzəm olaraq 30 min
dollar pul gəlib. Lakin Ə.Kərimli bunun hesabatını saxta şəkildə verib. Üzə
çıxıb ki, o, hətta ən yaxınlarına və təşkilatdakı əlaqədar şəxslərə də yalan məlumat
verərək bildirib ki, guya hər ay Rusiyadan ona 500, bəzən 1000 dollar
məbləğində dəstək gəlir. Təsəvvür edirsinizmi, Ə.Kərimli bununla düz 30 dəfə
saxtakarlıq edib. Ehtimal edilir ki, Ə.Kərimli öz partiya üzvlərini aldadaraq
topladığı pulları gizli şəkildə Londonda yaşayan ailəsinə yönləndirib. Bu yolla
Rusiyadan AXCP ünvanına göndərilən 412 min dollar - 700 min manat Ə.Kərimli
tərəfindən mənimsənilib.
Bütün bu faktlar bir daha
göstərir ki, AXCP sədri üçün Vətən, millət, xalq, milli-dövlətçilik maraqları
tamamilə yad məfhumdur. Onun üçün başlıca məqsəd öz şəxsi maraqlarını təmin
etmək, müxtəlif saxtakarlıqlarla, hətta şeytanla da əməkdaşlığa gedərək, külli
miqdarda pul toplamaqdır. Ruhunu şeytana sataraq reallıq hissini,
obyektivliyini çoxdan itirən Ə.Kərimli, məqsədinə çatmaq üçün öz partiya
üzvlərini aldatmaqdan, onlara çatacaq vəsaiti oğurlamaqdan da çəkinməyib.
Alpər TURAN