AZE | RUS | ENG |

Ru­hu­mu­zu qa­rış-qa­rış iz­lə­yən "Göy Tan­rı"

Ru­hu­mu­zu qa­rış-qa­rış iz­lə­yən
Sa­bir Rüs­təm­xan­lı­nın "Göy Tan­rı" əsə­rin­də bə­dii dü­şün­cə cid­di-əx­la­qi adət-ənə­nə­lə­ri­mi­zin əsa­sı sa­yı­lan bir olan Göy tan­rı­ya inan­cın qo­run­ma­sı­nı, özü­mü­zü, soy-kö­kü­mü­zü məhz və­tən­daş­lıq duy­ğu­su ilə an­la­ma­ğı və bu yol­da önə çə­ki­lən ma­a­rif­lən­mə­ni təl­qin edir. Bu cə­hət­dən xal­qın kö­kü mi­nil­lik­lə­rə da­yaq­la­nan, ru­hu­nun qo­ru­nub ötü­rül­mə­si bə­dii şü­u­run təh­qi­qa­tın­da məhz və­tən­daş­lıq duy­ğu­su ilə yük­lə­nə­rək mü­şa­yi­ət olu­nur. Möv­zu­su qə­dim türk ta­ri­xi­nin mü­hüm mər­hə­lə­si sa­yı­lan Oğuz Xan döv­rün­dən alın­mış ro­man­da tan­rı­çı­lıq ide­ya­sı ta­ri­xi­lik­lə mü­a­sir­li­yin qo­vşa­ğın­da pub­li­sis­tik ün­sür, ton­la yük­lə­nir. Bu­ra­da­kı pub­li­sis­tik ton, ün­sür əsə­rin bə­dii, fəl­sə­fi, es­te­tik də­yə­rin­də üz­vü şə­kil­də əla­qə­lə­nə­rək bir küll, bü­töv ha­lın­da qav­ra­nı­lıb üzə çı­xır. Ro­man bo­yu ya­zı­çı­nın təs­vi­rin­də Oğu­zun ya­şa­yıb nə­fəs al­dı­ğı mü­hit gil, pal­çıq­la hö­rül­müş büt­lə­rə inad­la ta­pın­dı­ğı hal­da Oğuz ob­ra­zı Göy tan­rı­ya Ulu Dər­gah­dan gə­lən da­xi­li şü­a­lan­ma və mən­tiq­lə ta­pın­ma­ğa üs­tün­lük ve­rir. Bə­zən hət­ta tan­rı­çı­lıq ide­ya­sı uğ­run­da mü­ba­ri­zə his­si ilə kök­lə­nən mü­əl­lif təh­ki­yə­sin­də və ya Oğuz Xan ob­ra­zı­nın dü­şün­cə və nit­qin­də yo­nul­ma ağac­la­ra, büt­lə­rə məhz pub­li­sis­tik qat­da qız­ğın eti­raz nü­ma­yiş et­di­ri­lir, tan­rı­çı­lıq ide­ya­sı məhz qız­ğın mü­za­ki­rə­lər­lə mü­şa­yi­ət olu­nur. "Öz­lə­ri bir olan Tan­rı­nın əli ilə ya­ra­dıl­mış ki­şi­lə­rin ça­mur­dan, ağac­dan yap­dıq­la­rı büt­lə­rə inan­ma­sı in­san oğ­lu­nun ən bö­yük utanc ye­ri olay­dı gə­rək... Yüz­lər­lə tenqri­cik, yüz­lər­lə yol, yüz­lər­lə yön­dür. Bu ruh bağ­lı­lı­ğı de­yil­dir... Ulu­su iç­dən qa­mar­la­maq, iş­ğal et­mək və çök­dür­mək­dir... Gö­yün gü­cü­nə, qut­sal­lı­ğı­na ina­mın keç­miş çağ­lar­dan bə­ri türklə­rin ru­hu­na ya­ban­çı ol­ma­dı­ğı­nı, min il­lər bo­yu ulu­sun gü­nə­şə, gö­yə bağ­lı ol­du­ğu­nu, bu inan­cın ön­cə­lər də yay­maq is­tə­yən­lə­rin gə­lib-get­di­yi­ni türk için­də çox­la­rı bi­lir­di... Mə­gər dün­ya gör­mür­mü ki, bun­lar ya­ra­dan ola bil­məz­lər. Öz­lə­ri ya­ra­dıl­mış­lar­dır. Yö­nəl­dən ola bil­məz­lər. Çün­ki öz­lə­ri yö­nəl­di­lən­dir. Gö­yün şim­şə­yi ağa­cı qu­ru­dur, yağ­mu­ru, çay­la­rı da­şı­rır, ul­du­zu yol gös­tə­rir, gü­nə­şi ya­zı-qı­şı do­ğu­rur, yer üzü­nə can ve­rir, ağac, pal­çıq, daş, qum ta­pı­naq­lar gö­yün qar­şı­sın­da güc­süz­dür, cı­lız­dır. De­mə­li, bü­tün ruh­la­rın ata­sı kök, baş­lan­ğıc, qut­sal olan göy­dür. Göy­də otu­ran, yer­lə­ri, su­la­rı, ul­duz­la­rı ya­ra­dan ulu Tan­rı­dır. O, il­ki, so­nu ol­ma­yan in­san oğ­lu­nun zo­run­dan, pis­li­yin­dən yu­xa­rı­da da­ya­nan əl­çat­maz və görklü­dür. Bü­tün ya­ra­dıl­mış­lar onun işı­ğı, qol-bu­da­ğı, ay­rın­tı­la­rı­dır".
Bu ba­xım­dan "Göy Tan­rı" ro­ma­nın­da qo­yu­lan prob­le­min, ide­ya­nın iz­lə­nil­mə­si onun çox­qat­lı tə­rəf­lə­rin işıq­lan­dı­rıl­ma­sı və həl­lin­də ob­raz­lar sil­si­lə­lə­ri­nin əhə­miy­yə­ti gö­zə­çar­pan­dır. Us­lu Xo­ca, Qam Ata, Azə­ri maq­la, Oğuz xan ob­ra­zı­nın da­xi­lən ün­siy­yət bağ­ladı­ğı el-ulus ta­ri­xi­nin bi­li­ci­lə­ri ilə di­a­lo­qun­da tan­rı­çı­lıq ide­ya­sı, dün­ya və in­san ta­ri­xi mə­sə­lə­si xü­su­si bə­dii yü­kü və təh­qi­qa­ta çə­ki­lir. Əsər­də təs­vi­ri­ni ta­pan ob­raz­lar sı­ra­sın­da Qa­ra­xan və Ay­bi­kə, Güz xan və qı­zı Ba­nı, Kür xan və qı­zı Tər­çi­çək, Or xan və qı­zı Ay­tac Oğuz xan­la bağ­lı özü­nə­məx­sus xa­rak­ter və ciz­gi­lə­ri ilə diq­qə­ti çə­kir. Ər­gən və qı­zı El­bil­gə, Qut­luğ, Tu­lu, Çin qı­zı Don Xi isə əsər­də möv­zu və ide­ya­nın in­ki­şa­fın­da sü­jet xət­ti­nin iz­lə­nil­mə­sin­də yar­dım­çı ob­raz ki­mi çı­xış edir. Ro­man­da qo­yu­lan prob­le­min ən əv­vəl ai­lə da­xi­lin­də çö­zül­mə­si və tət­bi­qi üçün onun mü­rək­kəb, zid­diy­yət­li mü­hit­lə əla­qə­li ic­ti­mai-əx­la­qi tə­rəf­lə­ri­nə ay­dın­lıq gə­ti­rir. Bu­ra­da Oğuz xa­nın ai­lə­si döv­rün ic­ti­mai-əx­la­qi si­ma­sı­nı mü­əy­yən­ləş­di­rən tə­rəf ki­mi rəmzlə­şir. Bir olan Al­la­ha Göy tan­rı­ya ta­pın­maq onun ma­hiy­yət və məz­mu­nu ilə var­lı­ğı­na hop­du­rub ya­şat­maq his­si­nin hər bir işi, əmə­li, hə­rə­kət və dav­ra­nış­la­rın­da, o cüm­lə­dən ona doğ­ma, ya­xın olan adam­lar­la be­lə əla­qə­sin­də mə­sə­lən, ata­sı Qa­ra­xan, əmi­si qız­la­rı Ba­nu, Tər­çi­çək­lə ai­lə mü­na­si­bət­lə­rin­də bö­yük səy­lə, cid­di cəhdlə tət­bi­qi üçün Oğuz xan ob­ra­zı­nın bə­dii xa­rak­te­ris­ti­ka­sın­da heç bir gü­zəşt ta­nı­ma­dı­ğı əsər bo­yu qa­bar­dı­lır. Həm­çi­nin tək tan­rı­ya ta­pın­maq mey­li­ni yer­li özün­dən­ra­zı xan, xa­qan­la­rın yer üzü­nü on­suz da bö­lük-bö­lük et­dik­lə­ri ki­mi məhz ya­ra­dan qis­min­də min­lər­lə büt­lə­rə inam­lar­la mü­şa­yi­ət olu­nan yan­lış ba­xış­la­rı­nı tə­səv­vür­lə­ri­ni də­yiş­di­rib bir olan Göy tan­rı­ya yö­nəltmək asan ol­ma­sa da bu Oğuz xan ob­ra­zı­nın da­xi­li ma­hiy­yə­tin­də kök­lən­miş əzə­mi, nə­həng gü­cün mü­qa­bi­lin­də re­al­la­şa bi­lir və eti­raz əla­mə­ti ola­raq Ata ünür­də yı­ğı­lan ya­lan­çı büt­lə­ri yox, tək tan­rı­çı­lıq­la bağ­lı qo­ru­nan bil­gi­lə­rin öy­rə­nil­mə­si­nə ça­ğı­rı­şı döv­rü­nün adam­la­rı­na və ya gü­nü­müz­lə səs­lə­şən bu yol­da ma­a­rif­lən­mə­ni və­tən­daş­lıq duy­ğu­su ilə da­xi­li yan­ğı və ha­ray­la dik­tə edən Oğuz ob­ra­zı­nın xa­rak­te­rik cə­hə­ti ki­mi ümu­mi­lə­şə­rək əsər bo­yu iz­lə­ni­lir. Ha­di­sə və pro­ses­lər, əhvalatlar yal­nız mü­əl­lif ide­ya­sı­nın da­şı­yı­cı­sı Oğuz xan ob­ra­zı­nın bü­töv və can­lı bə­dii portre­ti­nin ya­ra­dıl­ma­sı­na xid­mət edir. Oğuz ro­man­da həm eli, oba­nı, ulu­su ida­rə edən baş­çı, həm də ay­rı­ca öz fər­di ta­le­yi, şəx­si dün­ya­sı olan bir in­san ki­mi bü­tün güc­lü və zə­if tə­rəf­lə­ri, səhvlə­ri ilə bir­gə alı­na­raq tə­cəs­sü­mü­nü ta­pır. Oğuz ro­man­da ön­cə türk ulu­su­nun əv­vəl­ki baş­çı­sı Qa­ra­xan oğ­lan­la­rın­dan bi­ri ki­mi ini­kas et­di­ri­lir­sə, da­ha çox gə­lə­cək xa­qan­lı­ğın qey­ri-adi hə­rə­kət və dav­ra­nış­la­rın, ba­xış­la­rın in­di­ki hal­da sı­ra­vi adam yox, tan­rı sev­gi­sin­dən boy atıb ri­şə­lə­nən şəxs ki­mi qa­bar­dı­lır. Bu ba­xım­dan ro­man­da təs­vi­ri­ni ta­pan mi­fo­lo­ji mətnlər, xü­su­sən Yu­xu epi­zo­dun­dan bəh­rə­lən­mə­də ("Ana yu­xu­su", "Yu­xu", "Oğuz xa­nın yu­xu­su") İla­hi tap­şı­rı­ğın Oğuz xan ob­ra­zın­da qa­çıl­maz­lı­ğı və tan­rı­çı­lıq ide­ya­sı­nın aşı­lan­ma­sı­na və qa­bar­dıl­ma­sı­na zə­min ya­ra­dır. Tan­rı sö­zü və işı­ğı ilə ma­ya­la­nan sil­si­lə türk ulu­su­nun tö­rə­mə­si Oğuz xan S.Rüs­təm­xan­lı­nın bə­dii dü­şün­cə və şərhlə­rin­də məhz dün­ya­ya gö­zü­nü açan­da da elə bu duy­ğu ilə kök­lən­di­yi eti­raf edi­lir. "Oğuz xan gö­zü­nü açan­dan içi­ni bu duy­ğu və bu işıq­la do­lu gör­müş­dü. Üzü­nün ay­dın­lı­ğın­dan şa­şı­rıb ona Ağüz de­miş­di­lər. Qı­yıq, çə­kil göz­lü­lər, yum­ru si­fət­li­lər onun siv­ri, irə­li­yə yö­nə­li sərt si­fə­ti­ni oxa bən­zə­dib, öküz söy­lə­miş­di­lər". Ya­zı­çı təh­ki­yə­si­nə gö­rə, Oğuz xa­nın ide­a­lı, məq­sə­di və və­zi­fə­si san­ki qa­baq­ca­dan tə­yin olu­nur. Tan­rı buy­ru­ğu ilə kör­pə­li­yin­dən Göy üzü­nün bir to­pa işı­ğı ilə Oğu­za Dün­ya gizlilərini an­la­dan göz di­ki­lir. Göz ila­hi­dən gəl­di­yi üçün Oğuz ona ve­ri­lən im­kan­dan tan­rı el­çi­si ki­mi is­ti­fa­də­də yal­nız tan­rı­nı qa­ne edən şə­kil­də öz işi­ni qu­rur. Bu­nun üçün ilk ön­cə çox­lu pal­çıq gil­dən hö­rül­müş ya­lan­çı büt­lər üzə­ri­nə da­ğı­dı­cı yü­rü­şə baş­la­yır­sa, on­la­rı məq­sə­di­nə müvafiq şə­kil­də ida­rə edən in­san­lar­la da­ha sərt təd­bir­lə­rə əl atır. Göy tan­rı­dan gə­lən ya­la­vac­lı­ğı, pey­ğəm­bər­li­yi, tan­rı el­çi­li­yi­ni il­dı­rım qı­lın­cı ilə qal­xan edib öl­kə­lər yağ­ma­la­ma­ğa, iş­ğal et­mə­yə yox, bir olan tan­rı­nı ta­nıt­ma­ğa xid­mət edir. Tə­sa­dü­fi de­yil ki, ro­man­da ək­si­ni ta­pan Oğu­zun ata­sı Qa­ra­xan­la ai­lə-mə­i­şət fo­nun­da ata-oğul mü­na­si­bət­lə­ri qo­run­du­ğu hal­da konflik­tin ya­ran­ma­sın­da baş­lı­ca sə­bəb inanc-ta­pı­naq­la­ra "Ya­ra­dan bir­dir, ha­mı­mız onun tö­rə­mə­lə­ri­yik" ide­ya­sı­na fərqli ba­xış nü­ma­yiş et­di­ri­lir. Oğu­zun əmi­lə­ri Güz və Kür Xan­la konflik­ti­nə də sə­bəb əmi­si qız­la­rı Ba­nu və Tər­çi­çək­lə ni­ka­hın məhz inanc, ta­pı­naq­la­ra mü­na­si­bət­də əks möv­qe­lə­ri ilə şərtlə­nən uğur­suz­lu­ğu ilə bağ­lı­dır. Di­gər tə­rəf­dən ya­zı­çı­nın təs­vi­ri­nə gö­rə Oğuz yer­li el-ulus əkin­çi-bi­çin­çi tə­bə­qə­lər­lə gö­rüş­də yox­sul­la­rın inan­cı­nın sa­ray­da­kı inancdan qat-qat re­al və mən­ti­qi­dir. Əkin-bi­çin­lə məş­ğul olan tə­bə­qə ya­şa­yı­şı­nın tə­mi­na­tı üçün gö­yün gü­nə­şi­nə, bu­lu­du­na, ya­ğı­şı­na, ça­yın su­yu­na borclu­dur. De­mə­li inanc, ta­pı­naq o vaxt də­yə­ri­ni əl­də edir ki, bu­ra­da inancla ina­na­nın, ta­pın­maq­la ta­pı­na­nın zən­cir­va­ri da­xi­li əla­qə­si bir küll, vəh­dət ha­lın­da üzə çıx­sın. Əkin-bi­çin­lə do­la­nan sa­də adam­la­rın ger­çək, re­al hə­ya­tı ilə şərtlə­nən tor­paq, su, ha­va yal­nız Göy­lə, Göy, Yer Sa­hi­bi Bir olan Tan­rı­nın nə­fə­si ilə yoğu­ru­lub, ri­şə­lə­nib, boy atır. Bu ba­xım­dan ya­zı­çı Qam ata ilə Oğuz di­a­lo­qun­da mi­fo­lo­ji mətnlər va­si­tə­si ilə Ya­ra­nış­la­rın Yer Göy ara­sın­da­kı da­xi­li bağ­lı­lı­ğın, bir­li­yin ən sir­li, müb­həm tə­rəf­lə­ri­nə işıq sa­la­raq Göy tan­rı­dan gə­lən in­san­la­rın ne­çə min il ya­şa­maq hü­qu­qu qa­zan­ma­la­rı­na bax­ma­ya­raq son­ra­dan fə­la­kət nə­ti­cə­sin­də məhv ol­muş in­san­la­rın az­ca qı­rın­tı­sın­dan məhz tan­rı buy­ru­ğu ilə tor­paq­dan in­san ya­ran­ma­sı­nı önə çə­kir. Ya­zı­çı Oğuz ob­ra­zı­nın da­xi­lə enən dü­şün­cə­lə­ri ilə bi­zə ne­çə mi­nil­lik­lə­ri ad­la­mış ta­ri­xi­mi­zin toz bas­mış sə­hi­fə­lə­ri­ni qal­dı­rır. Qum və Su də­ni­zin­də itib ba­tan giz­lin­lə­ri­miz hə­min toz bas­mış sə­hi­fə­lər­dən qey­ri-adi cə­hət­lə­ri ilə əs­ki türk ta­ri­xi­mi­zin üzə­ri­nə ye­ni gur işıq sa­lır və bi­zə dö­nə-dö­nə təl­qin edir ki, in­sa­nın qo­pub gəl­di­yi yer Göy­dən­dir. İn­san Oka bən­zər, ila­na bən­zər uzun göy ara­ba­la­rın­da ye­rə en­miş­lər, ilk gəl­di­yi yer ma­ğara­lar ol­muş, bu­ra isə dil, bil­gi gə­tir­miş, ya­rım­çıq qal­mış iş­lə­ri­ni bur­da da­vam et­dir­miş. Tan­rı da­şı­nı da göy­dən on­lar gə­tir­miş, öz­lə­ri ilə bir­gə bir can­lı ola­raq qur­du gə­ti­rib. Göy­lü adam­lar gəl­dik­lə­ri ye­ri tez unut­du­ğu hal­da Qurd qo­pub gəl­di­yi ye­ri unu­da bil­mir. Tür­kün qur­da qar­daş de­mə­si, ona mü­qəd­dəs var­lıq ki­mi bax­ma­sı məhz bun­la əla­qə­lə­nir. Ro­man­da bu ba­xım­dan Oğuz xan­la bağ­lı təs­vir və təh­ki­yə­də di­gər mi­fo­lo­ji mətnlər­də ək­si­ni ta­pan Ata ünür, Yağ­mur da­şı, Tan­rı da­şı, İl­dı­rım daş, Göy daş, Tan­rı da­ğı, Sa­va­lan dağ, Boz Bö­rü və Qurd - çox­lu ob­raz­lar sil­si­lə­lə­ri qo­yu­lan prob­le­min, möv­zu­nun, ide­ya­nın iz­lə­nil­mə­sin­də xü­su­si bə­dii yük­lə mü­şa­yi­ət olu­nur. Göy tan­rı­ya, Bir olan Al­la­ha, İla­hi Mə­qa­ma ta­pın­maq his­si və dü­şün­cə­si məhz mi­fo­lo­ji mətnlər­lə oxu­cu­nun bə­dii-es­te­tik və fəl­sə­fi du­yu­mu və qav­ra­mın­da bər­ki­yir. Ro­man oxu­cu­nun yad­da­şı­na is­rar­la və və­tən­daş­lıq duy­ğu­su ilə dik­tə edir ki, əs­ki ta­ri­xi­mi­zin çox uzaq­lı­ğın­da beş yüz, min il ya­şa­yan­lar üz­lə­ri­ni tan­rı­dan çe­vi­rə­rək öz­lə­ri­ni yer üzü­nün sa­hi­bi bil­di­yi üçün tan­rı bu say­maz­lı­ğın mü­qa­bi­lin­də qar­şı­sı­a­lın­maz qum sel­lə­ri­nin, də­niz­lə­rin, daş­qın­la­rın al­tın­da qoy­muş, on­la­rı yer üzün­dən sil­dir­miş, ye­ni­si­ni isə fərqli ya­rat­mış və in­sa­nın soy­kö­kü, qo­pub gəl­di­yi yer də Göy tan­rı ilə bağ­lı­dır, cis­mi, mad­di fi­qu­ru tor­paq­la hö­rül­dü­yü hal­da, Ru­hu, Ca­nı məhz Göy tan­rı­dan gəl­mə da­xi­li şü­a­lan­ma ilə nə­fəs alır. Ya­zı­çı təs­vi­rin­də Oğuz xan yü­rüş­lə­ri bu cə­hət­dən qey­ri-adi­li­yi ilə se­çi­lir, yü­rüş et­di­yi ulus baş­çı­la­rı Oğuz xa­nın qey­ri-adi gü­cü mü­qa­bi­lin­də hiss olun­ma­dan də­yi­şi­lir, Bir olan tan­rı­ya üz tu­tur. Ru­hi bö­yük­lük, düz­lük Oğuz xan­da cəm­ləş­di­yin­dən ba­sı­lan tay­fa baş­çı­la­rı onun bu ib­rə­ta­miz hə­rə­kət və dav­ra­nış­la­rı qar­şı­sın­da ru­hən əzi­lir. Öm­rü bo­yu ağır yü­rüş­lər­lə üz­lə­şən Oğuz ya­zı­çı­nın təs­vi­rin­də bu də­fə da­ha ömür yo­lun yor­ğun­lu­ğu ilə üz-üzə qa­lır. Oğuz ar­xa­da qa­lan, ötüb ke­çən Ata ma­ğa­ra­dan kök atıb ri­şə­lə­nən hər get­di­yi tor­paq­la­rı, mə­bəd­lə­ri bir da­ha da­xi­li dü­şün­cə­lər sis­te­min­dən ara­yır, həd­siz su­al­lar için­dən tan­rı buy­ru­ğu ilə yü­rüş­lə­ri­nə nə­zər ye­ti­rir və bir da­ha yə­qin­ləş­di­rir ki, tan­rı ilə ün­siy­yət­də heç də mə­bəd­lər əsas rol oy­na­mır, Tan­rı in­sa­nın için­də­dir. Ya­zı­çı ro­man­da tan­rı­çı­lıq ide­ya­sı­nı qa­bartmaq­la ya­na­şı, həm­çi­nin qə­dim türk ta­ri­xi­nin Oğuz xan mər­hə­lə­sin­də­ki məş­ğu­liy­yət, ay­rı-ay­rı sə­nət, pe­şə sa­hə­lə­rin­də ça­lı­şan adam­la­rın gü­zə­ra­nı, adət-ənə­nə­lə­ri, el-ulus mə­ra­sim­lə­ri, xü­su­sən Qur­ban­lıq bay­ra­mı, ov ov­la­maq, ya­rış­lar ke­çir­mək, el-ulu­su ida­rə et­mək üçün tö­rə­lə­rin, xü­su­sən Oğuz xan tö­rə­si­ni önə çək­mək­lə ümu­mi­lik­də dövrlə bağ­lı bə­zi xa­rak­ter spe­si­fik cə­hət­lə­rin bü­töv qav­ra­nıl­ma­sı­na bə­dii zə­min ya­ra­dır. Di­gər tə­rəf­dən S.Rüs­təm­xan­lı­nın "Göy tan­rı" əsə­ri­nin ar­xi­tek­to­ni­ka­sın­da əsa­sən qə­dim türk ya­zı­lı bə­dii əsər­lə­rin das­tan­lar­dan gəl­mə ədə­bi-bə­dii üs­lu­bun­dan bəh­rə­lən­mə ön­də da­ya­nır. Ro­ma­nın di­li qə­dim türk söz­lə­ri­nə uy­ğun üs­lub­lar­la zən­gin­lə­şir. Mə­sə­lən, ya­ran­qu, ya­ra­tıq, sim­gə­səl, qut­sal, öd-öd­lək, sa­ğınc, ya­la­vac, tö­rə ya­sa­ğı, bəl­gə, mən­qu, sav­çı, ye­nil­gə, tut­suq və s. Bu cə­hət­dən əsər­lə­rin di­lin­də dövr, mü­hit, adət-ənə­nə, ob­raz­la­rın da­xi­li alə­mi bü­tün çox­qat­lı və çox­ça­lar­lı tə­rəf­lə­ri ilə açı­lır. Həm də bə­dii dil mü­ra­ci­ət olu­nan döv­rün özü­nə­xas spe­si­fik təh­ki­yə üs­lu­bu­nu özün­də eh­ti­va et­mək­lə ro­ma­nın bə­dii-es­te­tik tə­si­ri ba­xı­mın­dan bü­töv qav­ra­nıl­ma­sı­na zə­min ya­ra­dır. Əsər­də həm­çi­nin tan­rı da­ğı­na yü­rüş­lə əla­qə­li şeir nü­mu­nə­lə­ri məq­sə­də­uy­ğun se­çi­lib təq­dim olu­nur. Oğuz ru­hu­na ba­ğış­la­nan son sə­hi­fə­lər­də ara­dan mi­nil­lik­lər ötü­rül­dü­yü­nə bax­ma­ya­raq sö­zü­nün di­li­miz­də qa­nın da­ma­rı­mız­da, gü­cü­nün ru­hu­muz­la qay­naq­la­nan nə­sil şə­cə­rə sil­si­lə­lə­rin da­vam­lı olub bu gü­nə san­ki inad­kar­lıq­la ötü­rül­dü­yü­nə və­tən­daş­lıq duy­ğu­su ilə yük­lə­nən da­xi­li bir inam var.

Xanverdi Turaboğlu

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6331
GBP 1 İngilis funt sterlinqi 2.2267
TRY 1 Türk lirəsi 0.3042
KWD 1 Küveyt dinarı 5.6079
SEK 1 İsveç kronu 0.1895
EUR 1 Avro 1.9550
CHF 1 İsveçrə frankı 1.7090
USD 1 ABŞ dolları 1.7000