AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

“Ruhumuzu, bədənimizi möhkəmləndirmək üçün bu 5 “qızıl qayda”ya əməl etmək lazımdır”

“Ruhumuzu, bədənimizi möhkəmləndirmək üçün bu 5 “qızıl qayda”ya əməl etmək lazımdır”

Təfsilat
02 Aprel 2020, 17:00 959
Təranə Monbarbü: "Gələn həftə epidemiyanın Franasada pik mərhəlsinə çatacağı gözlənilir"

Parisdə "Təranə Paris Baku” ləqəbi ilə tanınan azərbaycanlı ifaçı Təranə Allahverdiyeva-Monbarbü dünyada yayılan koronavirusla bağlı Fransadakı son vəziyyət barədə "Kaspi”-yə danışdı. 
O bildirdi ki, Fransada bu həftə virusdan zərər çəkənlərin sayı pik həddə çatıb: "Hazırda dünya karonavirus epidemiyası böhranı yaşayır.  Fransada 3 mindən çox itki var. Əlbəttə, yaşlı adamlar və səhhətində başqa problemləri olanlar daha təhlükəli vəziyyətdədirlər. Bu, yeni növ  virus olduğu üçün dəqiq dərman və peyvəndi yoxdur. Ən əsası da tez yoluxan virus olduğundan kimin necə mübarizə aparcağı bəlli deyil. Biz  Parisdə hazırda 3-cü  həftədir ki, karantin vəziyyətində yaşayırıq. Evdən çıxanda üzərimizdə mütləq icazə kağızı olmalıdır. Dövlət işçiləri, səhiyyə işçiləri hər gün  ən son vəziyyət barədə insanlara məlumat verirlər. Gələn həftə epidemiyanın Franasada pik mərhəlsinə çatacağı gözlənilir. Fransada  insanlara 5 "qızıl qayda”ya əməl etmək məsləhət görülür. Bunlardan birincisi  evdə qalmaq,  ikincisi tez-tez əlləri yumaq,  üçüncüsü ictimai yerdə öskürməmək, asqırmamaq, dördüncüsü  heç nəyə əl vurmamaq, beşçincisi isə ən azı 1 metr məsafə saxlamaqdır. Böhran vəziyyətində bir döyüşçü kimi ruhumuzu, bədənimizi möhkəmləndirmək üçün bu 5 "qızıl qayda”ya əməl etmək lazımdır".

Xəyalə Rəis