• çərşənbə axşamı, 16 aprel, 12:34
  • Baku Bakı 19°C

Ruhani Türkiyəni regiondakı problemlərin həllində əməkdaşlığa çağırıb

26.11.16 22:49 1200
Ruhani Türkiyəni regiondakı problemlərin həllində əməkdaşlığa çağırıb
İran prezidentiHəsən RuhaniYaxın Şərqdəki problemlərin nizamlanması üçün Tehran-Ankara münasibətlərinin inkişaf etdirilməsinin vacib olduğunu bildirib.
APA-nın IRNA-ya istinadən verdiyi xəbərə görə, bu barədə H.Ruhani Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu ilə görüşündən sonra bildirib.
"Regionda vəziyyətin stabil olmadığı bir vaxtda yekdillik, əməkdaşlığın inkişafı və Tehranla Ankara arasındakı təmaslar bölgədəki problemlərin həlli üçün çox faydalı ola bilər”, - deyə Ruhani bildirib.
İran prezidenti vurğulayıb ki, bölgə ölkələrinin əməkdaşlığıSuriyavə İraqdakı böhranların nizamlanması, habelə bu ölkələrdə terrorla mübarizə üçün çox gərəkdir.
banner

Oxşar Xəbərlər