• cümə, 29 Mart, 15:09
  • Baku Bakı 14°C

Ruhani qonşu ölkələrlə əlaqələrin dərinləşdirilməsini vacib hesab edir

05.08.17 21:43 1306
Ruhani qonşu ölkələrlə əlaqələrin dərinləşdirilməsini vacib hesab edir
"Digər ölkələrlə əlaqələrinin genişləndirilməsi nəinki İranın seçimidir, hətta qlobal təhlükəsizliyin təmin olunmasından irəli gələn zərurətdir".
APA-nın tühran bürosunun məlumatına görə, bunu bugünkü andiçmə mərasimindən sonra İranın 12-ci prezidentiHəsən Ruhanibildirib.
"Dünya ölkələri ilə konstruktiv əlaqələr, qonşu və region ölkələri ilə əlaqələrin dərinləşməsi, dost dövlətlərlə əməkdaşlıq səviyyəsinin artırılması İran üçün beynəlxalq təhlükəsizlikdən irəli gələn zərurətdir", - deyə H. Ruhani qeyd edib.
Prezident əlavə edib ki, rəsmi Tehran nüvə razılaşmasının istənilən şərtinin pozulmasını cavabsız qoymayacaq: "İran heç bir halda şərtləri ilk pozan tərəf olmayacaq".
banner

Oxşar Xəbərlər