• cümə, 29 Mart, 00:59
  • Baku Bakı 7°C

Ruhani Obamanın görüş təklifini rədd etdi

25.09.13 08:08 1284
Ruhani Obamanın görüş təklifini rədd etdi
APA-nın xəbərinə görə, bu barədə “Reuters”ə ABŞ administrasiyasındakı mənbə bildirib.
Mənbə deyib ki, İran tərəfi prezidentlər Həsən Ruhani və Barak Obama arasında görüş keçirilməsi məsələsini “çox mürəkkəb məsələ” kimi qiymətləndirib.
Baş Assambleyada çıxış edən H. Ruhani ABŞ-la münasibətləri gərginləşdirməyə çalışmadıqlarını və nüvə mübahisəsinin həlli üçün danışıqlara hazır olduqlarını açıqlayıb. O, İranın nüvə proqramının dinc xarakterli olduğunu söyləyərək ölkəsinə qarşı beynəlxalq sanksiyaların tətbiqini tənqid edib. H. Ruhani bu cür sanksiyalardan siyasi elitanın yox, sadə insanların əziyyət çəkdiyini vurğulayıb.
İsrail tərəfi isə İran prezidentini ikiüzlülük və riyakarlıqda ittiham edib. Baş nazir Benyamin Netanyahu Tehranın vaxtı uzadaraq atom bombası yaratmaq üçün zaman qazanmağa çalışdığını deyib.
banner

Oxşar Xəbərlər