• cümə axşamı, 18 aprel, 23:34
  • Baku Bakı 21°C

Ruhani Bakıya nə zaman gəlir?

27.11.13 11:32 1418
Ruhani Bakıya nə zaman gəlir?
"İran Prezidenti Həsən Ruhaninin xarici siyasətinin əsas prinsipi qonşu ölkələrlə münasibətlərin normallaşdırılması və yaxşılaşdırılmasıdır". Trend-in məlumatına görə, bunu İranın Azərbaycandakı səfiri Möhsün Pakayin bu gün keçirdiyi mətbuat konfransında Həsən Ruhaninin qonşu ölkələrlə, xüsusi ilə Azərbaycanla bağlı siyasətini şərh edərkən bildirib.
M.Pakayin deyib ki, qonşular arasında İranın ən çox oxşarlığı Azərbaycanladır: "Ölkələrimiz arasında dostluğumuz daimidir. Zənnimcə, H.Ruhaninin prezidentliyi dövründə də iki ölkənin əlaqələri daha da inkişaf edəcək".
H.Ruhaninin Azərbaycana səfərinin mümkünlüyü barədə danışan M.Pakayin deyib ki, İran Prezidenti yəqin ki, bütün dost ölkələrə səfər edəcək, lakin Azərbaycana səfərin dəqiq tarixi hələlik bilinmir.
O əlavə edib ki, H.Ruhani 20 ildən çoxdur ki, Ali Təhlükəsizlik Şurasının üzvü olub və qonşu ölkələri çox yaxşı tanıyır, eləcə də ümummilli lider Heydər Əliyevin hakimiyyəti dövründə Azərbaycanda səfərdə olub.
banner

Oxşar Xəbərlər