• cümə, 19 Aprel, 02:48
  • Baku Bakı 18°C

Rüfət Məmmədov: Azərbaycan və Rusiya limanları arasında birbaşa bərə xəttinin açılması məsələsi müzakirə olunur

27.09.18 22:51 536
Rüfət Məmmədov: Azərbaycan və Rusiya limanları arasında birbaşa bərə xəttinin açılması məsələsi müzakirə olunur
Siyasi, humanitar və iqtisadi müstəvidə münasibətlərin inkişafı məsələsində mühüm istiqamətlərdən biri ölkələrimizin regionlarında qarşılıqlı əlaqələrin və əməkdaşlığın təşkilidir. Azərbaycan Rusiyanın əksər regionları – 80 subyekti ilə əməkdaşlıq edən çox az ölkələrdən biridir.
AZƏRTACxəbər verir ki, bunu jurnalistlərə müsahibəsində Azərbaycanın iqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov deyib.
Nazir müavini qeyd edib ki, IX Azərbaycan-Rusiya Regionlararası Forumu çərçivəsində Rusiya Federasiyası subyektlərinin Azərbaycan Respublikasının bölgələri ilə biznes, humanitar sahələrdə yaxınlaşması layihələri üzrə əməkdaşlığın yeni istiqamətlərinə dair konkret məsələlər müzakirə olunub. Regionlararası Forum ən çox iştirakçı cəlb edən tədbir oldu. Hər iki tərəfdən 1000-ə yaxın nümayəndə forumun işində fəal iştirak etdi.
Rüfət Məmmədov, həmçinin bildirib ki, Azərbaycan və Rusiya "Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində imkanların genişləndirilməsi üzərində fəal iş aparır. Bu prosesə dəmir yolu xətti ilə yükdaşımaların genişləndirilməsi, o cümlədən dəniz yolu ilə daşınan malların boşaldılmasının artırılması daxildir. Hazırkı məqamda Azərbaycan və Rusiya limanları arasında birbaşa bərə xəttinin açılması məsələsi müzakirə olunur. Bu, limanlarımızda texnoloji imkanların genişləndirilməsi və reyslərin sayının artırılması deməkdir. "Bu, nəqliyyat və tranzit xətləri üzrə əməkdaşlıq çərçivəsində mühüm istiqamətlərdən biridir”, - deyə nazir müavini vurğulayıb.

banner

Oxşar Xəbərlər