• şənbə, 20 Aprel, 14:36
  • Baku Bakı 23°C

Rudolf İvanov: Olduqca təvazökar və başqalarının qayğılarına həssaslıqla yanaşan Mehriban Əliyeva...

01.09.18 15:20 552
Rudolf İvanov: Olduqca təvazökar və başqalarının qayğılarına həssaslıqla yanaşan Mehriban Əliyeva...
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın ünvanına ad günü münasibətilə həm Azərbaycandan, həm də xaricdən çoxsaylı təbrik məktubları daxil olub.
Trend-in məlumatına görə, tanınmış rus alimi, tarixçi və qafqazşünas, professor, II Dünya Müharibəsi veteranı, Rusiya Yazıçılar İttifaqının üzvü, Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının həqiqi üzvü, Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutu və Naxçıvan Dövlət Universitetinin fəxri doktoru, Azərbaycanın "Dostluq” ordeni kavaleri, Azərbaycan Yazıçılar Birliyinin üzvü Rudolf İvanov da Mehriban xanım Əliyevanı təbrik edənlər sırasındadır:
"Günəşli Azərbaycanın görkəmli rəhbəri, Yaxın və Orta Şərqin ilahi xanımı, olduqca təvazökar və başqalarının qayğılarına həssaslıqla yanaşan, həqiqi heyranlıq doğuran gözəlliyə malik əziz Mehriban xanım Əliyevanı doğum günü münasibətilə ürəkdən təbrik edirəm. Biz yaxşı bilirik ki, Siz, bizim səmavi mələyimiz, ildən-ilə daha da cavanlaşır və gözəlləşirsiniz, bu zaman isə Sizin kamilliyiniz daha da artır.
Çətin vaxtlarımda Siz məndən heç bir xahiş gözləmədən və kiçik belə minnətdarlıq tələb etmədən möcüzəli yardım əlinizi mənə uzatdınız.
Bilirsiniz, ecazkar Mehriban xanım, əgər dünyada Sizə az da olsa bənzəyən bir qadın axtarıb tapmağı mənə tapşırsaydılar və bunun üçün kifayət vaxt və vəsait ayırsaydılar, mən dərhal tam acizliyimi qəbul edərdim. Bu böyük dünyada Siz yeganəsiniz və Yer üzündə hər zaman belə nadir və təkrarolunmaz olun.
Sizə çətin işinizdə böyük nailiyyətlər və etibarlı çevrə, dahi Heydər Əlirza oğlu Əliyevin adı ilə məşhur olan ailənizə çoxlu sevinc, məhəbbət və tam əmin-amanlıq arzu edirəm. Forma və məzmun baxımdan son nəfəsə qədər dəyişməz qalın. Nuh peyğəmbər kimi uzun ömürlü olmağınızı arzu edirəm. Axı mənim əlim yüngüldür...
Sevgi və heyranlıq hissi ilə,
Rudolf İvanov".

banner

Oxşar Xəbərlər