• cümə axşamı, 18 aprel, 17:59
  • Baku Bakı 22°C

Roza Zərgərli Türkiyənin tanınmış oğlanları ilə...

06.05.14 18:40 1588
Roza Zərgərli Türkiyənin tanınmış oğlanları ilə...
Mayın 6-da Beynəlxalq Mətbuat Mərkəzində müğənni Roza Zərgərli mətbuat konfransı keçirib. Lent.az-ın məlumatına görə, müğənni təqdimatda Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Ulu Öndər” klipini təqdim edib.
Müğənnin sözlərinə görə, ekran işi 3D foto formatında çəkilib. Klipin ideya müəllifi, rejissoru və həmçinin mahnın musiqisi özünə aiddir. Sözləri isə Sənan Raqiboğluna məxsusdur. Montajı isə Elnar Haşımov edib.
Tədbirin ikinci hissəsində isə R.Zərgərli Türkiyənin məşhur “Pankart” qrupu ilə həyata keçirdiyi layihədən danışaraq, qrup üzvlərini konfrans zalına çağırıb: “Türkiyənin “Doqquz-səkkiz” şirkətinin tanınmış solistləri,“Pankart” qrupu Bakımızın qonağıdır. Sabah onlarla birgə Şəkiyə səfər edəcəyik. Səfərimizin məqsədi orada konsertdə iştirak etmək və birgə ifa etdiyimiz “Oyuncaq” adlı mahnını ifa etməkdir. Türkiyə şou-biznesinə qatılmaq niyyətim yoxdur. Sadəcə mənə gələn təklifi dəyərləndirdim. Düşünürəm ki,
yaxşı bir layihə ərsəyə gələcək”.
İfaçının bu sözlərindən sonra tanınmış “Pankart” qrupunun üzü Əmrə öz fikirlərini bölüşüb: “Bu Bakıya ilk səfərimizdir. Azərbaycan ifaçısı Roza ilə işbirliyimiz onun “Atəş” mahnısından sonra başlayıb. Biz mahnını dinlədikdən sonra onunla görüşmək istəyimizi bildirdik. İstədik ki, “Atəş” mahnısını yenidən, fərqli duet şəkilində ifa edək. Roza xanım razı olmadı. O, bildirdi ki, bu mahnı artıq bağlı bir səhifədir. Məhz, bu üzdən “Oyuncaq”
mahnısını ifa etmək qərarına gəldik. İfa etdik də. Məncə pis alınmayıb. Sabah sözü gedən mahnının klip çəkilişləri üçün Şəkiyə gedəcəyik. Orada Şəki pitisinin də dadına baxacağıq”
Qeyd edək ki, “Oyuncaq” adlı klip hazır olduqdan sonra Türkiyənin bir çox kanallarında yayımlanacaq.
banner

Oxşar Xəbərlər