• şənbə, 20 Aprel, 03:14
  • Baku Bakı 15°C

“Royal Phillips” şirkətinin baş icraçı direktoru ilə görüş olub

22.01.18 23:40 481
“Royal Phillips” şirkətinin baş icraçı direktoru ilə görüş olub
Azərbaycan prezidentiİlham Əliyevyanvarın 22-də Davosda "Royal Phillips” şirkətinin baş icraçı direktoru Frans van Houten ilə görüşüb.
APA-nın məlumatına görə, Frans van Houten Azərbaycandakı fəaliyyətləri barədə danışaraq ölkəmizlə əməkdaşlıqda maraqlı olduqlarını bildirib. O, işıqlandırma sistemləri və tibb avadanlıqlarının istehsalı üzrə Azərbaycanda bir sıra layihələr həyata keçirdiklərini məmnunluqla vurğulayıb.
Prezidentİlham ƏliyevAzərbaycan ilə "Royal Phillips” şirkəti arasında əməkdaşlığın razılıq doğurduğunu qeyd edib. Söhbət zamanı küçə işıqlandırılması ilə bağlı enerjiyə qənaət üzrə yeni texnologiyaların tətbiqinə dair əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb.
banner

Oxşar Xəbərlər