• cümə, 29 Mart, 02:03
  • Baku Bakı 7°C

Rostovda güclü yanğınla əlaqədar 8 nəfər xəstəxanaya yerləşdirilib

21.08.17 21:30 962
Rostovda güclü yanğınla əlaqədar 8 nəfər xəstəxanaya yerləşdirilib
Rusiyanın Rostov şəhərində güclü yanğınla əlaqədar 8 nəfər xəstəxanaya yerləşdirilib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, onlardan üçü polis əməkdaşı, biri isə xilasedicidir. Məlumata görə, ambulator yardım üçün 27 nəfər tibb müəssisələrinə müraciət edib, ölən yoxdur.

Qeyd edək ki, bu gün Rostovun tarixi hissəsində güclü yanğın başlayıb. Alov 10 min kvadrat metr ərazini əhatə edib, hazırda Rostovda 30 yaşayış evi yanmaqda davam edir. Yanğının söndürülməsinə 2000 canlı qüvvə cəlb edilib.
banner

Oxşar Xəbərlər