• çərşənbə, 24 Aprel, 09:46
  • Baku Bakı 13°C

Rostov vilayətinin bütün ərazisində fövqəladə vəziyyət rejimi tətbiq edilib

21.08.17 23:43 1080
Rostov vilayətinin bütün ərazisində fövqəladə vəziyyət rejimi tətbiq edilib
Rostov şəhərində tüğyan edən yanğınlarla əlaqədar Rostov vilayətinin bütün ərazisində fövqəladə vəziyyət rejimi tətbiq edilib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Rusiya Fövqəladə Hallar naziri Vladimir Puçkov bəyan edib.

"Tərəfimdən Rostov vilayətinin bütün ərazisində fövqəladə vəziyyət rejimi tətbiq edilib. Bu federal səviyyəli fövqəladə vəziyyətdir”, deyə nazir bildirib.

Bundan əvvəl fövqəladə vəziyyət rejimi Rostov şəhərində tətbiq edilib.

Qeyd edək ki, bu gün Rostovun tarixi hissəsində güclü yanğın başlayıb. 10 min kvadrat metr ərazini əhatə edən yanğının hazırda lokallaşdırıldığı bildirilir. Güclü yanğın nəticəsində Rostovda yüzlərlə tikiliyə ziyan dəyib, 45 nəfər tibb yardım üçün müraciət edib, 7 nəfər xəstəxanaya yerləşdirilib.
banner

Oxşar Xəbərlər