• cümə axşamı, 25 aprel, 00:24
  • Baku Bakı 19°C

Rosqvardiya Türkiyə xüsusi təyinatlılarının təcrübəsini öyrənəcək

14.05.19 15:30 550
Rosqvardiya Türkiyə xüsusi təyinatlılarının təcrübəsini öyrənəcək
Rusiya Milli Qvardiya Qoşunlarının Federal Xidmətinin (Rosqvardiya) direktoru, ordu generalı Viktor Zolotov Türkiyə xüsusi təyinatlılarının təcrübəsini öyrənmək üçün bu ölkəyə səfər edib.
AZƏRTACxəbər verir ki, Rosqvardiyanın nümayəndəsi Valeri Qribkin TASS agentliyinə açıqlamasında səfər çərçivəsində V.Zolotovun Türkiyənin daxili işlər naziri Süleyman Soylu və Jandarm Qoşunlarının baş komandanı Arif Çetin ilə görüşlər keçirəcəyini bildirib. Rosqvardiyanın nümayəndə heyəti Jandarma Baş Komandanlığının Jandarma və Sahil Təhlükəsizliyi Akademiyasında tədris və xüsusi təyinatlı qüvvələrin hazırlıq prosesləri ilə tanış olacaq.
banner

Oxşar Xəbərlər