• cümə axşamı, 25 aprel, 07:50
  • Baku Bakı 14°C

"Rosneft"in rəhbəri OPEC üzvlərinin neft hasilatını azaldacağına inanmır

11.10.16 14:22 1085
"Rosneft"in rəhbəri OPEC üzvlərinin neft hasilatını azaldacağına inanmır
"Neft 1 barrelinin dəyəri 50 dollardan çox olduğu halda, OPEC üzvlərinin hasilatı azaltması inandırıcı görünmür". "APA-Economics" "Reuters" agentliyinə istinadən xəbər verir ki, bunu "Rosneft" şirkətinin baş icraçı direktoru İqor Seçin Ümumdünya Enerji Konqresində çıxışı zamanı deyib.

"Rosneft" hasilatı azaldacaqmı?" sualına isə şirkət rəhbəri bu cür cavab verib: "Biz bunu niyə etməliyik? Əksinə, biz hasilatımızı artıracağıq".

Xatırladaq ki, ötən gün Rusiya prezidentiVladimir Putinkonqresdə çıxışı zamanı qeyd edib ki, Rusiya neftin qiymətinə dəstək vermək üçün hasilatı azaltmağa hazırdır.
banner

Oxşar Xəbərlər