• çərşənbə axşamı, 16 aprel, 13:35
  • Baku Bakı 19°C

“Rosneft” “Abşeron” yatağında işləyəcək? - Açıqlama

02.06.14 10:23 1032
“Rosneft” “Abşeron” yatağında işləyəcək? - Açıqlama
“Rusiyanın “Rosneft” şirkəti dünyanın ən böyük neft şirkətlərindən biridir. Bu şirkətin Sibirdə, Arktikada və Rusiyanın bir çox regionlarında layihələr həyata keçirir. Biz də bu layihələrin reallaşmasında yaxından iştirak etmək istəyərdik”.

“APA-Economics”in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib.
Onun sözlərinə görə, hazırda bəzi perspektivli layihələr baxılma mərhələsindədir: “ARDNŞ Rusiyadakı layihələrdə iştirakda maraqlıdır”.
R. Abdullayev bildirib ki, Rusiyada çətin çıxarıla bilən neft ehtiyatları var: “Hazırda bu yataqlar işlənilmir. Bu yataqların ehtiyatları milyardlarla ton ola bilər. Ümumiyyətlə Rusiyada çoxlu imkanlar və perspektivlər var”.
ARDNŞ prezidentinin sözlərinə görə, bununla bərabər “Rosneft” də Azərbaycan yataqlarının işlənilməsində maraqlı ola bilər: “Rosneft” Xəzər dənizinin Azərbaycanın sektorundakı “Abşeron” yatağının işlənilməsi və kəşfiyyat işlərinin aparılmasına cəlb oluna bilər. Bundan başqa, ARDNŞ-nin “Rosneft”lə birgə layihələr mövcuddur. Rusiya şirkəti Bakı-Novorossiysk kəməri ilə Rusiyadan Bakıya neftin nəql olunması və bu neftin neft ayırma zavodlarında emal edilməsi məsələlərinin iqtisadi qiymətləndirilməsi aparılır”.
R. Abdullayev qeyd edib ki, Bakı-Novorossiysk neft kəmərinin illik ötürmə gücü 5 mln. ton təşkil edir və Azərbaycan bu imkanlardan da tam istifadə etmək niy
banner

Oxşar Xəbərlər