• cümə, 29 Mart, 13:33
  • Baku Bakı 14°C

“Rosetta Stone” türk oxuculara qapılarını açdı

09.04.18 12:30 1606
“Rosetta Stone” türk oxuculara qapılarını açdı
Dünyanın xarici dil öyrənmək üçün ən çox müraciət edilən platformalarından "Rosetta Stone” qapılarını türk oxuculara da açdı. "edebiyathaber”-in məlumatına görə, 24 dildə pullu xidmətlər göstərən dil platforması artıq türk oxucuların ödənişsiz istifadəsinə verilib. Türkiyədə son illər sürətlə çoxalan "Nilüfer Bələdiyyə Kitabxanası” kitabxanalar şəbəkəsi platforma ilə rəsmi müqavilə imzalayıb. Belə ki, "Nilüfer” kitabxanası sistemin şəxsi hesabı olan hər bir istifadəçi xüsusi şifrəsini yazaraq, "Rosetta Stone”-da qeydiyyat keçib dil öyrənmə xidmətindən pulsuz istifadə edə biləcək. Bu fürsətdən yararlanmaq istəyənlər başqa heç bir kitabxanada üzvlüyü olmamaq şərtilə, "Nilüfer” kitabxanalarından birinə üzv yazılmalıdır. Qeydiyyat zamanı verilən elektron poçta gələn xüsusi linkə daxil olan yeni üzv açılan ünvandakı "Patron İD” xanasına şəxsiyyət vəsiqəsi nömrəsini qeyd etməlidir. Sonrakı hər istifadə də avtomatik olaraq gələn "Rosetta Stone” linkinə daxil olarkən, üzvlər sərbəst şəkildə platformanın xidmətlərindən yararlana bilirlər. Bunun üçün sadəcə "Launh Rosetta Stone” düyməsinə basmaq lazımdır.
Məlumat üçün bildirək ki, "Rosetta Stone”-un mobil versiyasından istifadə etmək üçün də əvvəlcə İP kodlu bir masaüstü kompüterdən qeydiyyatdan keçmək lazımdır.
banner

Oxşar Xəbərlər