• cümə, 29 Mart, 14:14
  • Baku Bakı 14°C

Roqozin: "Rusiyanın yeni ballistik raketləri ABŞ-ın RƏM sistemini yarmaq iqtidarındadır"

19.02.17 20:23 1047
Roqozin: "Rusiyanın yeni ballistik raketləri ABŞ-ın RƏM sistemini yarmaq iqtidarındadır"
Hazırda Rusiya tərəfindən hazırlanan yeni qitələrarası ballistik raketlər ABŞ-ın istənilən raket əleyhinə müdafiə sistemini yarmaq iqtidarındadır.
"Report" TASS-a istinadən xəbər verir ki, bunu Rusiya baş nazirinin birinci müavini Dmitri Roqozin "Rossiya 1" telekanalında yayımlanan "Bazar axşamı" verilişinə müsahibəsində deyib.
Nazir müavininin sözlərinə görə, Rusiyanın nüvəsaxlama qüvvələri müxtəlif raketlərdən, o cümlədən "köhnə Sovet klassik raketləri"ndən olan və Qərbdə "Şeytan" adlandırılan "Voyevoda"dan ibarətdir. Lakin artıq yeni raketlər hazırlanır.
"Onlardan ("Voyevoda" raketlərindən - qeyd. TASS) çox qorxurlar, onlar çox etibarlıdır, onların müddəti yeni silahlar istehsal olunana qədər uzadılıb. Yenisi üzərində iş plan üzrə gedir", - deyə o bildirib.
"Bu silah da tezliklə ordumuzun ixtiyarında olacaq. Bu silah ABŞ-ın bugünkü, sabahkı və birisigünkü raket əleyhinə müdafiə sistemini yarmaq iqtidarındadır. O bu gün bizim üçün təxribatdan başqa ciddi hərbi təhlükə kəsb etmir", - deyə Roqozin bildirib.
banner

Oxşar Xəbərlər