• cümə, 29 Mart, 12:47
  • Baku Bakı 14°C

Ronlado Şeyklə 5 illik müqavilə bağlayıbmış

17.04.19 12:30 556
Ronlado Şeyklə 5 illik müqavilə bağlayıbmış
Rusiyalı teleaparıcı Viktoriya Bonya "Yuventus”un futbolçusu Kriştiano Ronaldo ilə rus modelyer İrina Şeykin münasibətləri barədə danışıb.
Kaspi.az xəbər verir ki, Ronaldo ilə Şeykin münasibətlərinə 2015-ci ildə son qoyulub. Bonya bildirib ki, onlar bu münasibətə aralarında bağladıqları müqavilənin müddəti başa çatdığı üçün son qoyublar:
"İndi qadınlar hər şeyə hazırdırlar. İrina Şeyklə Kriştiano Ronaldonun 5 illik müqavilələri var idi.
Müqavilə başa çatdı, onların da münasibətinə son qoyuldu. Məndə olan məlumata görə, Ronaldonun yeni sevgilisi ilə də məhz belə müqaviləsi var.
Amma mən özümə belə həyat tərzini rəva görə bilmərəm. İstəyirəm ki, normal ailəm olsun”.
Şeyklə Ronaldo 2010-2015-ci illərdə görüşüblər.
banner

Oxşar Xəbərlər