• cümə, 29 Mart, 15:54
  • Baku Bakı 14°C

Ronaldonun qala kimi qorunan “saray”ı

31.07.18 16:15 608
Ronaldonun qala kimi qorunan “saray”ı
Bir müddət əvvəl "Yuventus”a transfer olunan Kriştiano Ronaldo artıq İtaliyada özünə yeni həyat qurmağa başlayıb.
Kaspi.az İtaliya mətbuatına istinadən xəbər verir ki, tətilini başa vuraraq, bu ölkəyə gedən 33 yaşlı portuqaliyalı futbolçu Torinoda daha öncə aldığı evdən imtina edərək, 2 villanı birdən alıb.
Ronaldonun qoşa villalarına getmək üçün xüsusi yoldan istifadə olunur. 2 girişi, 2 həyəti olan villalara yaxınlaşmaq və şəkil çəkmək isə mümkünsüzdür.
Portuqaliyalı hücumçunun ən yaxın qonşusu isə "Fiat” markasının prezidenti Con Elkanndır.
Ronaldo "Yuventus”a "Real”dan 105 milyon avro müqabilində transfer olunub.
banner

Oxşar Xəbərlər