• cümə, 29 Mart, 19:23
  • Baku Bakı 14°C

Ronaldonun oğlu Messinin azarkeşi imiş... - Video

14.01.15 13:32 1380
Ronaldonun oğlu Messinin azarkeşi imiş... - Video
İsveçrənin Sürix şəhərində yanvarın 12-i keçirilən tədbirdə "Qızıl top"u qazanan Kriştiano Ronaldo ilə Lioenel Messi arasında maraqlı dialoq yaşanıb.

Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, Ronaldo Messi fanatı olan oğlunun argentinalı hücumçunun yanına göndərib. Buna təəccüblənən Messi Ronaldonun oğlu ilə salamlaşıb və hal-əhvalını soruşub. Bu zaman portuqaliyalı oyunçu Messiyə oğlunun internetdən tez-tez onun videolarını izlədiyini və evdə Messi haqda danışdığını söyləyib.
Bir-birləri ilə rəqabət aparan Ronaldo və Messi arasında bu dialoq tədbirdə iştirak edənləri təəccübləndirib.
banner

Oxşar Xəbərlər