• cümə, 29 Mart, 14:54
  • Baku Bakı 14°C

Ronaldonun həyatındakı yeganə səhv

23.10.18 11:30 616
Ronaldonun həyatındakı yeganə səhv
"Napoli”nin baş məşqçisi Karlo Ançelotti Kriştiano Ronaldo barədə danışıb.
Kaspi.az. xəbər verir ki, Ançelotti Ronaldonun A seriyasının imicini qaldırdığını bildirib. Ancaq buna baxmayaraq, o, portuqal futbolçunun "Yuventus”a keçidinin səhv addım olduğunu vurğulayıb:
" Ronaldonun gəlişi A seriyasının imici üçün əladır. A seriyası uzun müddət superulduzların turniri olub: Maradona, Platini, Zidan, Kaka, İbrahimoviç, Şevçenko.
Amma son 10 ildə tendensiyada eniş müşahidə olunurdu. Ronaldonun gəlişi ilə ənənə bərpa olundu.
Ronaldo möhtəşəm futbolçudur, əsl peşəkardır. Onun həyatda yeganə səhvi isə "Yuventus”a keçməsidir”.
Ançelotti 1999-2001-ci illərdə "Yuventus”u çalışdırıb. O, bu dövrü karyerasının ən uğursuz dönəmi adlandırıb. Kriştiano "Real”da Ançelottinin rəhbərliyi altında oynayıb.
banner

Oxşar Xəbərlər