• cümə axşamı, 18 aprel, 18:32
  • Baku Bakı 21°C

Ronaldonun fantastik testi - 7 faiz yağ, 50 faiz əzələ

06.04.18 11:30 981
Ronaldonun fantastik testi - 7 faiz yağ, 50 faiz əzələ
"Real”ın futbolçusu Kriştiano Ronaldo zamanı aldatmağı bacarır.
Kaspi.az xəbər verir ki, 33 yaşlı futbolçunun tibbi testinin nəticələri açıqlanıb. Nəticələri fantastik hesab etmək olar.
Portuqaliyalı futbolçunun bədəninin cəmisi 7 faizini yağlar təşkil edir. Digər futbolçularda bu göstərici 10-11 faizdir. Kriştianonun bədəninin 50 faizi isə əzələ kütləsindən ibarətdir.
Komandanın digər futbolçularında bu göstərici 46 faizdən yüksək deyil. Ronaldo cari mövsümdə ÇL-də 9 oyunda 14 qol vurub, İspaniya çempionatında isə 22 dəfə fərqlənib.
banner

Oxşar Xəbərlər