• cümə axşamı, 25 aprel, 11:13
  • Baku Bakı 14°C

Ronaldonun agentinin də yoxlayırlar

13.07.17 14:20 1292
Ronaldonun  agentinin də yoxlayırlar
Portuqaliyanın vergi orqanları məşhur agent Jorje Mendeşin fəaliyyətini yoxlamağa başlayıblar.
Kaspi.az xəbər verir ki, onun son 3 ildə həyata keçirdiyi bütün transferlər, əməkdaşlıq etdiyi müştərilər barədə məlumatlar araşdırılır. Məlumata görə, Mendeş əsas pul köçürmələrini ofşor zonalar vasitəsilə həyata keçirib.
Bu da araşdırmalar zamanı böyük çətinliklər yaradır. Diqqət daha çox mükafatlara və ikili müqavilələrə yönəldilib. Bunlar Portuqaliya Futbol Federasiyasında qeydə alınmayıb.
Mendeşin kompaniyası bildirib ki, vergi orqanları ilə əməkdaşlıq etməyə hazırdırlar. O, Kriştiano Ronaldo, Joze Mourinyo, Dieqo Kosta, David de Xea kimi ulduzların agentidir.
banner

Oxşar Xəbərlər