• çərşənbə, 24 Aprel, 23:36
  • Baku Bakı 23°C

Ronaldonun agenti zəng etdi, sonra “Yuve” peyda oldu və...

31.07.18 11:25 559
Ronaldonun agenti zəng etdi, sonra “Yuve” peyda oldu və...
"Napoli”nin prezidenti Aurelio de Laurentis Kriştiano Ronaldonun "Yuventus”a keçidinə münasibət bildirib.
Kaspi.az xəbər verir ki, Laurentis Ronaldonun "Napoli”yə keçidini onun agenti ilə müzakirə etdiyini də bildirib. Ancaq sonradan "Yuventus”un oyuna qoşulması və qiyməti qaldırması vəziyyəti dəyişib:
"Yuventus” FCA Group üçün yaxşı təbliğat olacaq addım atdı. Şlyapamı çıxarıram. Yəqin ki, Ronaldonun agenti ən ağıllı agentdir.
"Real”ın Ronaldonu buraxacağı məlum olanda, Jorje Mendeş mənə zəng edib dedi ki, Aurelio, biz bu partiyanı oynaya bilərik? Ona belə cavab verdim: "Deyirsən ki, Ronaldo məni varlı edə bilər? Məsələn, ilk 250 milyon qazanc "Napoli”yə sonrakı 100 milyon isə Ronaldoya gedəcək”.
Bu plan üçün heç bir risk yox idi. KpiRo ona ödəniləcək məbləği qaytaracaqdı. Ancaq sonradan "Yuventus” peyda oldu və stavkanı qaldırdı. Marketinq nöqteyi-nəzərindən, təkcə "Yuventus” yox, A seriyası da möhkəmləndi.
Ancaq marketinq işi ilə çempionatda və ya ÇL-də qazanılacaq qələbə arasında böyük fərq var. Ronaldo yaşlıdır. Bu yaşda olan bir futbolçuya belə məbləğ sərf etmək, üstəlik, ona digərlərindən xeyli artıq məvacib vermək çox təhlükəlidir.
Başa düşürəm, kommersiya uğuru səni zirvəyə qaldıra bilər. Ancaq sən absurd məbləğ sərf edirsənsə, gec və ya tez, buna görə cəzalanacaqsan”.
banner

Oxşar Xəbərlər