• cümə axşamı, 28 mart, 12:52
  • Baku Bakı 16°C

Ronaldonun 30 yaşı tamam oldu

05.02.15 09:17 1687
Ronaldonun 30 yaşı tamam oldu
Bu gün Portuqaliya millisinin və "Real"ın futbolçusu Kriştiano Ronaldonun 30 yaşı olur.
Qol.Az-ın məlumatına görə, o, 1985-ci ilin bu günündə Portuqaliyanın Funşal şəhərində doğulub.
K.Ronaldo "Sportinq" (2002-2003), "Mançester Yunayted"də (2003-2009) oynayıb. 2009-ci ildən indiyə kimi isə Madrid "Real"ının şərəfini qoruyur.
30 yaşlı hücumçu karyerası ərzində üç dəfə (2008, 2013, 2014) "Qızıl top" mükafatını qazanıb.
K.Ronaldo "MY" ilə üç Premyer Liqa, bir dəfə isə Federasiya kuboku, Çempionlar Liqası və klublararası dünya çempionatının kubokunu, "Real" ilə İspaniya La Liqasını, İspaniya kubokunu, Çempionlar Liqasını, UEFA superkubokunu və klublararası dünya çempionatının kubokunu qazanıb.
Bundan başqa, o, Portuqaliya millisi ilə "Avro-2004"də gümüş, "Avro-2012"də isə bürünc medalın sabihi olub.
banner

Oxşar Xəbərlər