Ronaldonu niyə qovmurlar? - Aspası meydandan qovurlarsa
"Selta”nın baş məşqçisi
Ernesto Maruççi "Real”la oyunda (1:4) hakimin idarəçiliyinə münasibət bildirib.
Kaspi.az xəbər verir ki, qarşılaşmanın baş hakimi "Selta”nın
hücumçusu Yaqo Aspası simulyasiyaya görə meydandan qovub. Ancaq bir çoxları
həmin epizodda Serxio Ramosun hücumçuya qarşı kobudluq etdiyi qənaətindədir. Bu
epizoda görə, 4-cü hakimlə mübahisə edən Maruççi özü də meydandan qovulub. O,
məsələyə belə münasibət bildirib:
"Əgər Aspası meydandan qovurlarsa, onda eyni hərəkətə görə Ronaldonu
niyə qovmurlar? Mən yalnız bu məsələ ilə bağlı hakimə narazılığımı bildirdim.
Ola bilsin ki, bunu bir qədər emosional tərzdə bildirmişəm. Yenə də sual
verirəm, niyə bir futbolçuya simulyasiyaya görə sarı vərəqə göstərirlər, amma
üstündən 2 dəqiqə keçməmiş eyni hərəkətə yol verən başqa bir futbolçu
cəzalanmır?”