• çərşənbə axşamı, 19 mart, 10:17
  • Baku Bakı 8°C

Ronaldodan İbraya dəstək - Foto

25.04.17 14:15 1044
Ronaldodan İbraya dəstək - Foto
Braziliya futbolunun əfsanələrindən hesab olunan Ronaldo "Mançester Yunayted”in futbolçusu Zlatan İbrahimoviçə dəstəyini nümayiş etdirib.
Kaspi.az xəbər verir ki, Ronaldo "instaqram” səhifəsində İbra ilə şəklini paylaşıb. O, isveçli futbolçuya inandığını bildirib və ona möhkəm olmağı tövsiyə edib:
"Ümid edirəm ki, sən bərpa olunacaq və qayıdacaqsan. Əminəm ki, bundan sonra daha da güclü olacaqsan. Unutma, belə çətinlikləri aradan qaldırmaq üçün əsl döyüşçü ruhuna sahib olmalısan”.
İbrahimoviç Avropa Liqasının 1/4 finalında "Anderlext”lə keçirilən oyunda zədələnib. Diz bağlarını zədələyən İbra aprelin 26-da ABŞ-da əməliyyat olunacaq. Onun meydana 9 aydan sonra qayıdacağı güman edilir.
banner

Oxşar Xəbərlər