• cümə, 19 Aprel, 11:01
  • Baku Bakı 13°C

Ronaldo şikayətləndi - Meydanda teatr göstərirlər

07.06.17 15:15 1194
Ronaldo şikayətləndi - Meydanda teatr göstərirlər
Braziliya futbolunun əfsanələrindən sayılan Ronaldo müasir futboldakı durumdan danışıb.
Kaspi.az xəbər verir ki, Ronaldo təmiz futbola meylin azaldığını deyib. O, son vaxtlar futbolçuların meydanda simulyasiya əl atmalarının artdığını vurğulayıb:
"Müasir dövrdə aşkar hiss olunur ki, futbolçular meydanda teatr göstərirlər. Bilmirəm niyə, ancaq simulyasiya meyl edənlər get-gedə çoxalır.
Onlar gündən-günə simulyasiya hərəkətlərini artırılar. Ancaq futbolla insanlara inam bəxş etmək olar. Bizdə siyasətlə, korrupsiya ilə, terrorizmlə bağlı problemlər var.
Ona görə də biz özümüzü insanlara yaxşı tərəfdən göstərməliyik. Axı onların günü o qədər də asan keçmir”.
banner

Oxşar Xəbərlər