AZE | RUS | ENG |


Ronaldo Portuqaliyada “İlin ən yaxşı futbolçusu” seçilib

Ronaldo Portuqaliyada “İlin ən yaxşı futbolçusu” seçilib
Madrid "Real”ının və Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldo "İlin ən yaxşı futbolçusu-2016” mükafatına layiq görülüb.
 
APA-nın xəbərinə görə, bu barədə Portuqaliya Futbol Federasiyası məlumat verib.
 
Bu il K.Ronaldo 4-cü dəfə "Qızıl top”  mükafatını qazanıb, həmçinin 27 xəbər agentliyinin nümayəndələri arasında aparılan sorğunun nəticələrinə görə Avropanın ən yaxşı idmançısı seçilib. Ötən il K.Ronaldo Madrid "Real”ı ilə İspaniya, Portuqaliya yığması ilə isə Avropa çempionatının qalibi olub.
 
Portuqaliya millisinin baş məşqçisi Fernando Santuş  "İlin ən yaxşı məşqçisi”  mükafatı ilə təltif olunub. Qaliblərinin mükafatlandırılma mərasimi Eştoril şəhərində keçirilib.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0046
GEL 1 Gürcü larisi 0.7026
GBP 1 İngilis funt sterlinqi 2.1922
TRY 1 Türk lirəsi 0.4768
KWD 1 Küveyt dinarı 5.6088
SEK 1 İsveç kronu 0.1957
EUR 1 Avro 1.9062
CHF 1 İsveçrə frankı 1.7478
USD 1 ABŞ dolları 1.7020