Ronaldo Pepenin yerini tutacaq
Ronaldo yeni mövsümdə "Real”ın ikinci vitse-kapitanı olacaq.
Kaspi.az xəbər verir ki, Ronaldo "kral klubu”nu tərk edən həmyerlisi
Pepenin yerini tutacaq. Yeni mövsümdə "Real”ın kapitanı yenə də Serxio Ramos
olacaq.
1-ci vitse-kapitan isə Marselodu. 3-cü vitse-kapitanın isə Benzema
olacağı gözlənilir.
Ronaldo 2013-cü ildə "Real”ın kapitan sarğısını daşıyıb. "Real
Sosyedad”la oyunda komandanın kapitanı İker Kasilyasla vitse-kapitan Qonsala
İquain ehtiyatda qalmışdı.
2-ci və 3-cü vitse-kapitanlar - Ramosla Marselo isə iştirak ərizəsinə
salınmamışdılar. Ona görə də kapitanlıq sarğısı Ronaldoya həvalə edilmişdi.