• çərşənbə, 24 Aprel, 13:44
  • Baku Bakı 27°C

Ronaldo ondan qorxduğu üçün “Real”dan gedib?

08.08.18 10:30 768
Ronaldo ondan qorxduğu üçün “Real”dan gedib?
"Flamenqo”nun futbolçusu Everton Ribeyro "Real”a keçən sabiq komanda yoldaşı Vinisius Junior barədə danışıb.
Kaspi.az xəbər verir ki, Everton Juniorun böyük gələcəyinin olduğunu deyib. O, Kriştiano Ronaldonun da məhz Vinisiusla rəqabətdən qorxaraq "Real”ı tərk etdiyini iddia edib:
"Vinisiusun indi-indi 18 yaşı tamam olub. Hesab edirəm ki, o, "Real”da etalon futbolçu olacaq. "Flamenqo”da 17 yaşında necə oynayırdısa, "Real”da da elə oynasa, tezliklə top-futbolçuya çevriləcək.
Ronaldo da "Real”dan Juniordan qorxduğu üçün getdi. Bilirdi ki, rəqabətə tab gətirməyəcək və ehtiyatda qalacaq”.
"Real” Vinisiusu 45 milyon avroya transfer edib. Onun "kral klubu”nda illik məvacibi 7,5 milyon avro olacaq.
banner

Oxşar Xəbərlər