• cümə axşamı, 28 mart, 18:27
  • Baku Bakı 13°C

Ronaldo müharibəni təkbaşına udar, Messi isə...

18.03.19 14:15 654
Ronaldo müharibəni təkbaşına udar, Messi isə...
"Atletiko”nun baş məşqçisi Dieqo Simeone Kriştiano Ronaldo ilə Lionel Messini müqayisə edib.
Kaspi.az xəbər verir ki, Simeone bu müqayisədə üstünlüyü Ronaldoya verib. O, portuqal futbolçunun təkbaşına nəticəyə təsir etdiyini vurğulayıb:
"Sən Ronaldonu müharibəyə aparsan, o, təkbaşına qələbə qazanacaq. Ancaq Messi ilə bu müharibəni qazana bilməzsən. Bunu üçün "Barselona”nın digər futbolçularını da müharibəyə aparmaq lazımdır”.
"Yuventus” Ronaldonun het-triki sayəsində ÇL-in 1/8 finalında "Atletiko”nu mübarizədən kənarlaşdırıb.
banner

Oxşar Xəbərlər