• çərşənbə axşamı, 23 aprel, 14:52
  • Baku Bakı 24°C

Ronaldo meydandan kənarda məğlub oldu

05.04.19 12:23 583
Ronaldo meydandan kənarda məğlub oldu
"Yuventus”un futbolçusu Kriştiano Ronaldo məhkəmə çəkişməsində məğlub olub.
Kaspi.az xəbər verir ki, Ronaldo "Der Spiegel” nəşrini məhkəməyə vermişdi. Nəşr Ronaldonun vergidən yayınması ilə bağlı məlumat dərc etmişdi.
Portuqal futbolçunun vəkilləri nəşri şəxsi həyata qarışmaqda ittiham edirdilər. 2017-ci ildə Hamburq məhkəməsi tələb etmişdi ki, məlumat müvəqqəti olaraq nəşrin elektron saytından götürülsün.
Aprelin 2-də isə Ronaldonun vəkilləri məğlub olacaqlarını görüb, jurnala qarşı qaldırdıqları iddiadan imtina ediblər.
Onu da qeyd edək ki, İspaniya məhkəməsi Ronaldonu vergidən yayınmaqda ittiham edərək, 18,8 milyon avro cərimə edib.
banner

Oxşar Xəbərlər