• çərşənbə axşamı, 16 aprel, 23:00
  • Baku Bakı 18°C

Ronaldo Messidən nə qədər çox qazanıb?

08.06.17 13:45 1143
Ronaldo Messidən nə qədər çox qazanıb?
Dünyanın ən çox qazanan idmançılarının siyahısı açıqlanıb.
Kaspi.az xəbər verir ki, "Real”ın futbolçusu Kriştiano Ronaldo dünyanın ən çox qazanan idmançısıdır. Portuqaliyalı bu statusu ikinci ildir qoruyur.
Ronaldonun illik qazancı 93 milyon dollar olub. Bunun 58 milyonunu "Real”dan alınan məvacib və bonuslar təşkil edir. 35 milyon isə reklamdan və biznesdən əldə olunub.
Ronaldo "Klivlend”in basketbolçusu Lebron Ceymsi qabaqlayıb. Ceymisin gəliri 86,2 milyon dollar olub. Üçüncü yerdə 80 milyon dollar gəlirlə "Barselona”nın futbolçusu Lionel Messi qərarlaşıb.
İlk "onluq”da başqa futbolçu yoxdu. Ən çox qazanan 100 idmançının siyahısında isə 9 futbolçu yer alıb.
banner

Oxşar Xəbərlər