• cümə axşamı, 18 aprel, 20:44
  • Baku Bakı 21°C

Ronaldo ÇL-i 5 yox, 3 dəfə qazanıb?

22.02.19 13:30 544
Ronaldo ÇL-i 5 yox, 3 dəfə qazanıb?
"Atletiko”nun prezidenti Enrike Sereso "Yuventus”un futbolçusu Kriştiano Ronaldonun davranışına münasibət bildirib.
Kaspi.az xəbər verir ki, Ronaldo Çempionlar Liqasının 1/8 finalının ilk qarşılaşmasından sonra jurnalistlərin suallarını cavab landırmaqdan imtina etmişdi. O, "Atletiko”ya ironiya edərək "mənim ÇL-də beş, sizin isə sıfır qələbəniz” var demişdi. Sereso onun sözlərinə reaksiya verərkən, ironiyalı ifadə işlədib və həm də "Real”ın da, qələbəni kənar təsirlər hesabına qazanmasına işarə vurub:
"Mənə görə, Ronaldo ÇL-i 5 yox, 3 dəfə qazanıb. "Atletiko” ilə hər iki finalı Ronaldo qazanmayıb. Əgər Ronaldo qazanmayıbsa, onda kim qazanıb? Bu barədə növbəti müsahibəmizdə danışarıq”.
Ronaldo "Atletiko” ilə oyunların birində 4 qoldan birinin müəllifi olub, digərində isə penalti seriyası zamanı həlledici zərbəni vurub.
banner

Oxşar Xəbərlər