• çərşənbə, 24 Aprel, 07:32
  • Baku Bakı 13°C

Ronaldo işini gördü, Marselo rəhbərliyə müraciət etdi

28.01.19 11:10 580
Ronaldo işini gördü, Marselo rəhbərliyə müraciət etdi
"Real”ın futbolçusu Marselo komandanı tərk etmək niyyətindədir.
Kaspi.az Marselo rəhbərliyə müraciət edərək, onu transferə çıxarmalarını xahiş edib. Bu barədə məlumatı "Marca” yayıb.
Nəşrin iddiasına görə, braziliyalı futbolçu "Yuventus”a keçmək niyyətindədir. Bir müddət əvvəl məlumat yayılmışdı ki, "Yuventus”un futbolçusu Ronaldo sabiq komanda yoldaşını yanına gəlmək üçün dilə tutub.
Görünür, Ronaldonun fəaliyyəti səmərəsiz qalmayıb. Marselonun "Real”la qüvvədə olan müqaviləsi 2022-ci ilin yayında başa çatır.
Marselo cari mövsümdə İspaniya çempionatında 12 oyun keçirib, 2 qol vurub.
banner

Oxşar Xəbərlər