• cümə, 29 Mart, 12:01
  • Baku Bakı 14°C

Ronaldo FİFA-nın mükafatlandırma mərasiminə getməyəcək

24.09.18 11:35 519
Ronaldo FİFA-nın mükafatlandırma mərasiminə getməyəcək
FİFA sentyabrın 24-də ilin ən yaxşı futbolçusunun mükafatlandırma mərasimini keçirəcək.
Kaspi.az xəbər verir ki, "Yuventus”un futbolçusu Kriştiano Ronaldo bu mərasimə qatılmayacaq. Baxmayaraq ki, Ronaldo mükafata 3 namizəddən biridir.
Kriştiano təşkilatçıları, mərasimə qatılmayacağı ilə bağlı məlumatlandırıb. O, komandasının sıx qrafikini əsas gətirərək belə qərar verdiyini bildirib.
Ancaq mətbuat iddia edir ki, Ronaldo qalib gələ bilməyəcəyini bildiyi üçün, mərasimə qatılmaqdan imtina edib. İlin ən yaxşı futbolçusu adına digər iki namizəd Luka Modriçlə Məhəmməd Salahdır.
Mükafatlandırma mərasimi Londonda keçiriləcək.
banner

Oxşar Xəbərlər