AZE | RUS | ENG |


“Ronaldo dünyanın ikincisidi”

“Ronaldo dünyanın ikincisidi”
İspaniya millisinin sabiq baş məşqçisi Xavyer Klemente də Lionel Messi ilə Kriştianu Ronaldonun müqayisəsini aparıb. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, 66 yaşlı mütəxəssis argentinalını üstün hesab edir.
 
Klementenin fikrincə, Ronaldo yalnız güclü əzələsi və baş zərbəsi ilə öyünə bilər.

İspaniyalı mütəxəssis portuqaliyalını dünyanın ən yaxşı ikincü oyunçusu qismində görür: "Messi hər kəsdən öndədi. Oyun zamanı çox fərqli - böyük və kiçik işlər görür. Bütün bunlar onu zirvəyə daşıyır. Bu, digərlərinin yaxşı futbolçu olmadığı mənasını vermir. Bunları dedikdə insanların niyə əsəbləşdiklərini başa düşə bilmirəm. "Bir nömrə” deyilsənsə, "iki nömrə” olmağı problemə çevirməməlisən. Onlar nəzərə almalıdılar ki, önlərindəki insanın istedadı anadangəlmədi. Məncə, Kriştianu Ronaldo da dünyanın ən güclü ikinci futbolçusu olmaqdan məmnun qalmalıdı. Bəli, Ronaldonun boyu uzundu, yaxşı baş zərbələri var və əzələsi möhkəmdi. Onun da ən yaxşı olduğu epizodlar var. Amma Messi texnikası, istedadı və meydanı görmə qabiliyyətinə görə, onu geridə qoyur”.
 
Qeyd edək ki, Lionel Messi karyerası ərzində 5, Kriştianu Ronaldo isə 4 dəfə "Qızıl top”a sahib çıxıb.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0046
GEL 1 Gürcü larisi 0.6793
GBP 1 İngilis funt sterlinqi 2.1725
TRY 1 Türk lirəsi 0.4843
KWD 1 Küveyt dinarı 5.7229
SEK 1 İsveç kronu 0.1929
EUR 1 Avro 1.8505
CHF 1 İsveçrə frankı 1.7335
USD 1 ABŞ dolları 1.7475