• cümə axşamı, 28 mart, 18:46
  • Baku Bakı 13°C

Ronaldo da Peresdən narazıdır - Elə “sabah, sabah” deyir

17.01.18 14:10 783
Ronaldo da Peresdən narazıdır - Elə “sabah, sabah” deyir
Kriştiano Ronaldo "Real”ın prezidenti Florentino Peresden narazıdı.
Kaspi.az xəbər verir ki, Ronaldo Peresdənnarazılığını qohumları ilə söhbətdə büruzə verib. O, məvacibinin artırılmasını istəyir. Peres isə futbolçunun istəyinə konkret cavab vermir. Ronaldo belə deyib:
"Peres elə mənə həmişə "sabah, sabah” deyir. Məsələ pulda deyil, statusda, diqqətdədir”.
Ronaldo özünün "Real” tarixinin ən yaxşı futbolçusu hesab edir. O, Lionel Messidən və Neymardan az məvacib almasından narazıdır. Portuqal futbolçu illik məvacibinin 40 milyon avroya qaldırılmasını istəyir.
Mətbuatda yayılan məlumatlarda bildirilir ki, Peres Ronaldonun satılmasını istəyir. O, futbolçunun agenti Jorje Mendeşə bildirib ki, müştərisi üçün yeni klub tapsın.
banner

Oxşar Xəbərlər