• cümə, 29 Mart, 14:21
  • Baku Bakı 14°C

Ronaldo çatır, Levandovski qaçır

09.10.17 10:35 1826
Ronaldo çatır, Levandovski qaçır
Polşa yığması DÇ-2018-in seçmə mərhələsində Monteneqroya 4:2 hesabı ilə qalib gələrək, mundiala birbaşa vəsiqə qazanıb.
Kaspi.az xəbər verir ki, Polşanın hücumçusu Robert Levandovski bu oyunda da bir dəfə fərqlənib. Bununla da o, seçmə mərhələdə vurduğu qolların sayını 16-ya çatdırıb.
Levandovski bu nəticə ilə yeni Avropa rekordu müəyyənləşdirib. Qeyd edək ki, Robert Ermənistanla qarşılaşmada da fərqlənərək, seçmə mərhələdə qollarının sayını 15-ə çatdırmış və Herd Müllerin 14 topluq rekordunu yeniləmişdi.
Portuqaliya yığmasının lideri Kriştiano Ronaldoda da bir gün sonra bu rekordu təkrarlamışdı. İndi söz yenə də Ronaldonundur. Portuqaliya yığması seçmə mərhələnin son turunda - oktyabrın 10-da İsveçrə ilə qarşılaşacaq.
banner

Oxşar Xəbərlər