Ronaldo bu “tamaşa”da iştirak etməyəcək

Ronaldo bu “tamaşa”da iştirak etməyəcək

İdman
04 Oktyabr 2018, 13:20 240
"Yuventus”un futbolçusu Kriştiano Ronaldonun zorlamada ittiham edildiyi barədə məlumat vermişdik. 
 
Kaspi.az xəbər verir ki, Ronaldo bu məsələyə münasibət bildirib. O, ittihamı qətiyyətlə rədd edib. Ronaldo bu məsələnin gündəmə gətirilməsində mətbuatı günahlandırıb: 
 
"Mənə qarşı irəli sürülən bütün ittihamları qətiyyətlə rədd edirəm. Zorlama iyrənc cinayətdir. 
 
Tam əminəm ki, bu, KİV-in qurduğu bir tamaşadır. Mən bu tamaşada iştirak etməyəcəyəm. 
 
Bu işi quranlar mənim adımdan istifadə edərək, nəyəsə nail olmağa cəhd göstərirlər. Sakit və aydın şüurla araşdırmanın nəticəsini gözləyirəm”. 
 
Ketrin Mayorq adlı qadın Ronaldonun 9 il əvvəl onu zorladığını iddia edir.